
Deputatlığa namizədlərin qeydə alınması mərhələsi bugün başa çatdı. Müsavat Partiyası tərəfindən namizədliyi irəli sürülən 70-dən artıq namizəddən yalnız 23 nəfərin namizədliyi qeydə alınıb.
Bu haqda “Basta”ya Müsavatın Seçki Qərargahının sədri Gülağa Aslanlı məlumat verib.
Namizədlərin qeydiyyatı mərhələsində əksər DSK-ların kobud qanun pozuntularına yol verdiklərini deyən Gülağa Aslanlı hazırda onlarla namizədin üzləşdikləri qanunsuzluqla bağlı MSK-ya və məhkəməyə verdikləri şikayət üzrə cavab gözlədiklərini bildirdi.
Qeydə alınan namizədlərin siyahısını təqdim edirik:
1. Nadir Allahverdiyev – 5 saylı Şahbuz-Babək seçki dairəsi
2. Gülağa Aslanlı – 10 saylı Binəqədi seçki dairəsi
3. Niyaz Nəsirov – 13 saylı Xəzər seçki dairəsi
4. İsa Qəmbər – 15 saylı Yasamal birinci seçki dairəsi
5. Zakir Məmmədzadə – 25 saylı Nizami ikinci seçki dairəsi
6. Misir Mahmudov – 30 saylı Suraxanı birinci seçki dairəsi
7. Mustafa Hacılı – 31 saylı Suraxanı ikinci seçki dairəsi
8. Arif Hacılı – 33 saylı Xətai birinci seçki dairəsi
9. Dilşad Nağıyeva – 34 saylı Xətai ikinci seçki dairəsi
10. Elman Fəttah – 46 saylı Şirvanseçki dairəsi
11. Nürəddin Rüstəmli – 49 saylı Yevlax seçki dairəsi
12. Səxavət Soltanlı – 50 saylı Abşeron seçki dairəsi
13. Söhrab Əmrahov – 55 saylı Xaçmaz şəhər seçki dairəsi
14. Vilayət Abuşov – 57 saylı Kürdəmir seçki dairəsi
15. Valeh Hümmətoğlu – 59 saylı Salyan seçki dairəsi
16. Mirzağa Axund – 60 saylı Salyan-Neftçala seçki dairəsi
17. Davud Qurbanov – 68 saylı Cəlilabad kənd seçki dairəsi
18. Xasay Fərzulla – 71 saylı Masallı kənd seçki dairəsi
19. İltizam Əkbərli – 79 saylı İmişli seçki dairəsi
20. Yusif Namazoğlu – 96 saylı Goranboy seçki dairəsi
21. Ikram İsrafil – 115 saylı Şəki kənd ikinci seçki dairəsi
22. Razim Əmiraslanlı – 120 saylı Cəbrayıl seçki dairəsi
23. İsgəndər Həmidov – 123 saylı Kəlbəcər seçki dairəsi
Gülağa Aslanlı bildirib ki, partiyanın mübarizəni sonadək davam edəcəyi təqdirdə, Müsavatın namizədi olmayan dairələrdə digər uyğun namizədlərin, o cümlədən ReAL və Nida təşkilatından qeydə alınan namizədlərin müdafiə edilməsi haqqında da qərar verilə bilər.



