"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Müstəqil media can verir

03 Oktyabr 2014 - 00:43
in DÜNYA

Putin rejimindən baş götürüb qaçanların sayı sürətlə artır img1646198 (1)

Bunu da oxuyun

Texasda daşqın: 1 uşaq öldü

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

Getdikcə daha çox sərt və mürtəce siyasi iqlim Putin Rusiyasından orta təbəqəyə daxil olan professionalları mühacirət  dalğasını baş vurmağa vadar edir. Rusiyanı tərk edənlər arasında bir neçə aparıcı jurnalist də var.
Rusiya əvvəllər də bunu görmüşdür, 1990-cı illərin başlanğıcında Sovet İttifaqının iflası ilə müşayiət olunan böyük beyin axını baş verdi. Bolşevik inqilabdan sonra yazıçılar və sənətkarlar, bolşeviklərin rədd etdiyi siyasətçilər ölkəni tərk etmişdi.
2012-ci ilin martında prezident kimi Vladimir Putin yenidən and içməli oldu. Bununla da Rusiyada liberal müxalifət və müstəqil media iflas mərhələsinə sürükləndi. Bu barədə “BBC” radiosunun hazırladığı geniş yazıda bildirilir.
186 mindən çox adam 2013-cü ildə Rusiyanı tərk etdi, iki il əvvəllər müqayisədə bu, beş dəfə çox idi.  Bu statistik göstəricini “Sekret Firmy” işgüzar jurnalı açıqlamışdı.
a poster of Garry Kasparov in Norway (August 2014)
Bu yaxınlarda  BMT məruzəçisi bildirmişdi ki, 2013-cü ildə sığınacaq üçün müraciət edən təxminən 40 min Rusiya vətəndaşı qeydə alınıb.  Bu isə 2012-ci illə müqayisədə 76% yüksək göstəricidir.
Ölkəni tərk edənlər arasında şahmat üzrə sabiq dünya çempionu və müxalifətçi Qarri Kasparov, nüfuzlu iqtisadçısı Sergey Quriyev və sosial mediada xüsusi çəkisi olan  Pavel Durov da var.
Rusiyanın aparıcı işgüzar nəşrlərinin bir neçəsində işləmiş Leonid Berşidski “Vedomosti” də  daxil olmaqla və liberallığı ilə tanınan “slon.ru” vebsaytının redaktoru idi.
Berşidski iyunda Facebook-da paylaşdığı statusda yazmışdı ki, o, 1990-cı illərdə Amerikada təhsil aldığı universitetdən Rusiyaya geri qayıdanda düşünürdü ki, öz ölkəsində “real mətbuat”da çalışacaq. Amerikadakı media azadlığını Rusiyada həyata keçirəcək.
Ancaq indi o, Almaniyada yaşayır. Çünki azad mətbuat arzuları Rusiyada puç olub getdi.
Hazırda “Bloomberg” (ABŞ) işgüzar nəşri üçün ingilis dilində yazır. Rusiya və Ukrayna mətbuatında gedən təbliğat xarakterli yazıları narazılıqla qarşılayır.
“Новая газета”,  Rusiyanın yeganə müstəqil telkanalı “Дождь” və “Эхо Москвы” istisna olmaqla, bu ölkədə mətbuatın müstəqilliyindən danışmaq olmaz.
Ancaq onlar da hər  ay Kremlin təzyiqi altında öz mövqelərin əldən verməli olurlar.
“Novıy Region” müstəqil xəbər agentliyi Ukrayna böhranını Rusiyanın xeyrinə əhatəli işıqlandırmadığına görə təzyiqə məruz qaldı. Agentliyin  banisi Aleksandr Şexetin indi Kiyevdə yaşayır və elan edib ki, təzyiqlərə etiraz olaraq Rusiya vətəndaşlığından imtina etməyi və Ukrayna vətəndaşı olmağı planlaşdırır.
“Heç nə Rusiyada düzələn deyil”, o, Ukraynanın “Novoye Vremya”  jurnalındakı məqaləsində yazıb. “Bu radioaktiv dövlət televiziyalarının saxta təbliğatının mənfi təsirini insanların ürəklərindən təmizləmək üçün nəsillər dəyişməlidir”.
Dövlət  televiziyası həmçinin həqiqəti deyən jurnalistləri xalqa düşmən kimi təqdim etməkdən çəkinmir.
Oleg Kashin (R) speaks to then President Medvedev in 2011, months after he was brutally attacked
Avqustda “Qazprom”a aid media orqanı olan “NTV” ” xuntanın dostları” başlığı ilə bir neçə aparıcı elm və mədəniyyət xadimini damğalayan iki filmi yayımladı. Rusiya dövlət  televiziyası bu insanları “Kiyevdəki cinayətkar hökumətə” dəstək verməkdə suçladı.
Hədəfə alınanlar arasında yazıçılar, jurnalistlər də vardır. Dmitri Bukov, Viktor Şenderoviç və Andrey Malıgin hökumətin qəzəbinə gəlmişdi.
 “Kommersant”ın sabiq şərhçisi Oleq Kaşin isə öz mövqeyinə görə fiziki hücuma məruz qalan jurnalistlər arasındadır.
Mikhail Khodorkovsky (file pic April 2014)
O, öz siyasi baxışlarına görə hələ 2010-cu ildə Moskvadakı  evində bərk döyülmüşdü və  nəticədə xəstəxanada bir neçə həftə müalicə olunmuşdu.
Cənab Kaşin indi İsveçrədə yaşayır.  2013-cü ildə öz xanımı ilə oraya getməli oldu. İndi xanımı İsveçrədə işləyir. Onun üçün yazmaq da asandır. Əlinin altında İnternet var, ən başlıcası isə Rusiyada müstəqil jurnalistika ölmək üzrədir. Ona görə də onun yazıları xüsusi maraqla qarşılanır.
Oleg Kaşin və Leonid Berşidski kimi mühacir jurnalistlər bəzi həmkarları tərəfindən kəskin tənqidə, hücumlara məruz qalır. Facebook-da onların əleyhinə yazılar gedib.
Bütün bunlara baxmayaraq, bəzi jurnalistlər üçün karyeranın davamı çox vacibdir.
Qalina Timçenko “lenta.ru” vebsaytının  baş redaktoru idi. Ancaq o, mart ayında Ukraynanın ultra millətçilərindən müsahibə götürdüyünə görə işdən qovuldu.
O, indi Latviyanın paytaxtı Riqada  “Meduza“ adlandırılan yeni vebsaytda işləyir, Rusiyanın sabiq neft bosu Mixail Borisoviç Xodorkovskidən gələn maliyyə yardımı ilə keçinir.
Qalina Timçenkonun həmkarı İlya Krasilşik “Forbes” jurnalının Rusiya versiyasına deyib: ” Latviyada hal-hazırda müstəqil rusdilli media buraxılışını təmin etmək olar. Təəssüf ki, bu, Rusiyada daha mümkün deyil”.
Elbəyi Həsənli

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

1,35 milyon manata satılan bu villanın sahibi kimdir? (FOTO)

Next Post

Rusiya raketləri İraqda

Bənzər yazılar

Texasda daşqın: 1 uşaq öldü

Texasda daşqın: 1 uşaq öldü

07 May 2024 - 09:15

ABŞ-ın Texas ştatında yağan yağış və tufan daşqınlara səbəb olub. Elchi.az xəbər verir ki, Johnson County Fövqəladə Hallar İdarəsindən verilən...

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

07 May 2024 - 09:09

İsrailin baş naziri Binyamin Netanyahunun 2018-ci ildə Qətərdən Həmas üçün pul istədiyi və bunun “terrorizmi maliyyələşdirmək” kimi qiymətləndirilməyəcəyinə zəmanət verdiyi...

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

06 May 2024 - 22:44

İspaniyanın "Real" (Madrid) klubunun üzvü Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb. Elchi.az  "Madrid Xtra" nəşrinə istinadən xəbər...

Makron: Fransa Rusiya ilə müharibə aparmır

Makron: Fransa Rusiya ilə müharibə aparmır

06 May 2024 - 22:07

Fransa Rusiya ilə müharibə aparmır. Elchi.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron ÇXR sədri Si...

Next Post

Rusiya raketləri İraqda

O dirildi... – Video

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.