“Bu gün Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olunub”.
Elchi.az xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov FB hesabında bildirib:
“Müstəqillik bərpa olunduqdan sonra Azərbaycan iqtisadiyyatı fərqli mərhələlərdən keçib. Keçmiş ittifaqın dağılmasından sonra Azərbaycan iqtisadyyatı 1992-ci ildə kəskin tənəzzül ilə üzləşdi. Müstəqilliyin ilk ilində Ümumi Daxili Məhsul 1991-ci ildəki 8.79 milyard dollardan 450 milyon dollaradək azaldı. 1991-ci ildən keçən 30 illik müstəqillik dövründə Azərbaycan iqtisadiyyatı 6.2 dəfə böyüyərək 2021-ci ildə 54.62 milyard dollaradək yüksəldi. Güclü iqtisadiyyat müstəqilliyin möhkəmlənməsi üçün vacib şərtlərdən biri olaraq qalmaqdadır.
Müstəqilliyimiz əbədi olsun. Bayramınız mübarək”.
Şayəstə






