"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Müştərilər hələ dollar şokundan ayılmayıb” – Bank işçisindən kreditlərlə bağlı ilginc açıqlamalar

07 Yanvar 2016 - 11:17
in XƏBƏR LENTİ

Azərbaycanda manatın təkrar devalvasiyası nəticəsində “Viator Mikrokredit Azərbaycan” – bank olmayan kredit təşkilatının (BOKT) vaxtı keçmiş kreditləri 40%-ə çatıb.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Strateq.az Fins.az-a istinadən xəbər verir ki, bunu BOKT-un İdarə Heyətinin sədri Aynur Əliyevabildirib.

Onun sözlərinə görə, dolların kəskin bahalaşmasından sonra bu valyutada kredit götürmüş müştərilər kütləvi şəkildə ödəniş etməkdən imtina edir: “Müştərilər hələ dollar şokundan ayılmayıb. Gəlirlər, dava-dalaş salırlar, bizə soyğunçu deyirlər. Bəziləri bildirir ki, ümumiyyətlə ödəməyəcəm, bəziləri köhnə məzənnə ilə ödəyəcəyini deyir. Halbuki, onların 30%-nin ödəməyə imkanı var”.

A.Əliyeva bildirir ki, dollar kreditləri olan müştərilərə güzəşt ediləcəyi barədə tez-tez yayılan məlumatlar da müştəriləri arxayınlaşdırır və ödəniş etməməyə həvəsləndirir: “Televizorda bəzən 5 min dollara qədər, bəzən 10 min dollara qədər kreditlərin bağışlanacağı və yaxud köhnə məzənnə ilə ödəniləcəyi barədə danışılır, bu da yığımlara təsir edir, kimlərisə arxayınlaşdırır, onlar da ödəniş etmirlər”.

Bütün bunlar təşkilatın vaxtı keçmiş kreditlərini artırıb:

“Onsuz da 1-ci devalvasiyadan sonra vəziyyət pisləşmişdi, problemli kreditlərimiz 35% idi, çətinliklə restruktizasiya edib 25%-ə salmışdıq, yenidən artıb bu dəfə 40% oldu”.

“Məzənnənin gün ərzində dəfələrlə dəyişməsi narazılıq yaradır”

Aynur Əliyevanın sözlərinə görə, problemi yaradan təkcə manatın təkrar devalvasiyası yox, həm də “üzən məzənnəyə” keçiddir. Fevraldakı vəziyyətdən fərqli olaraq bu dəfə dolların məzənnəsi “üzən” rejimdə olduğu üçün müştərilərlər BOKT arasında əlavə narazılıq yaradır: “Hər 10 müştəridən 1-i krediti dərhal bağlayır. Çünki sabah məzənnənin neçə olacağı məlum deyil. Elə bu qeyri-müəyyənlik də bizə əlavə problem yaradır”.

Gün ərzində dolların məzənnəsinin bir neçə dəfə dəyişməsi də ödənişlərdə narazılıqlara və problemlərə səbəb olur: “Dollar qıtlığı olduğu üçün çoxları ödənişi manatla edir. Amma gündə neçə dəfə məzənnə dəyişir, tez-tez banklarla əlaqə saxlayırıq, gündə 3 dəfə pul dəyişirik və ödənişləri də mövcud məzənnəyə uyğun qəbul edirik. Bu da narazılığa səbəb olur. Birindən tutaq ki, 1,65 məzənnəsi ilə qəbul etdik, o biri ödəniş edəndə kurs dəyişibsə deyinirlər ki, niyə məndən artıq pul alırlar. Özləri də gedib dollar alıb gətirib ödəniş edə bilmirlər”.

“Dollar kreditinin vaxtını uzatmaq istəmirlər”

Dolların qiyməti ilə bağlı qeyri-müəyyənlik bu valyutada olan kreditlərin restruktizasiyasına da imkan vermir. Aynur Əliyeva deyir ki, heç kim dollar borcunun vaxtının uzadılmasını istəmir. BOKT rəhbəri vəziyyətdən çıxış yolunu kreditlərin manatla yenidən maliyyələşdirməsində görür, amma bunu da hamıya etmək çətindir: “Daha çox çalışırıq aztəminatlı, maddi vəziyyəti çətin olan müştərilərin kreditini manata çevirək, bunun üçün 150-200 min manat ayırmışıq. Bunu da ancaq 1500 dollara qədər olan kreditlərə edirik. Bunu etmək üçün də növbələr yaranıb”.

“Yenidən ixtisarlara başlamışıq”

Mövcud vəziyyət “Viator Mikrokredit Azərbaycan”ı yenidən xərclərini azaltmağa, filiallarını və işçilərini ixtisar etməyə məcbur edib: “Fevralda bizim 160 işçimiz var idi, 1-ci devalvasiyadan sonra 120-yə qədər azaltmışdıq. Indi yenidən ixtisarlar edirik, 5-6 nəfər artıq işdən çıxarılıb, bəzilərinin müqavilələrinin müddətini artırmayacağıq, yəqin ki, ilkin olaraq işçilərin sayını 100-ə endirəcəyik”.

Təşkilat öz filiallarının sayını da azaldacaq:

“İndi 7 filialımız var, amma yəqin ki, onların da sayı azaldılacaq, bəziləri birləşdiriləcək. Məsələn, Ağdaşdakı filialımızın martdan bağlanması nəzərdə tutulub. Elə əvvəlcədən də o filialda ödənişlərlə bağlı vəziyyət yaxşı deyildi, maaşların verilməsində problemlər var idi”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Rusiyada biabırçılıq: Azərbaycan diasporu ermənilərin müdafiəsinə qalxdı

Next Post

Səudiyyə Ərəbistan İran səfirliyini bombaladı

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Səudiyyə Ərəbistan İran səfirliyini bombaladı

`Obama edamın qarşısını ala bilərdi` - Şiə liderin qardaşı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.