"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Müsyö Jordanın Parisi niyə partladı?

10 Yanvar 2015 - 02:19
in KÖŞƏ YAZILARI

 

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

Bu günlər Fransada, elə dünyada da qanıqaraçılıqdır. Zarafat deyil, fransızları öz evlərində təhqir ediblər. 2 terrorçuimages Fransa kimi nəhəng dövlətin təhlükəsizlik, kəşfiyyat, hüquq-mühafizə orqanlarının “dilini-ağzını bağlayıb” günün günorta çağı 12 nəfərin nəfəsini birdən kəsib. 

Uzun ƏSRLƏR dünyaya qan udduran Fransa 12-cə nəfərdən ötrü dünyanı dağıdır. Düz də eləyir. Elə biz də tarix boyu terrora məruz qalan bir millət kimi bu amansızlığın qəti əleyhinəyik. TERRORÇUNUN VƏTƏNİ YOXDUR! 

Amma bircə məqama diqqət yetirək ki, Fransa YÜZ İLLƏRLƏ mala-pula, hakimiyyətə görə dünyaya qan uddurub, düz ötən əsrin 2-ci yarısına qədər. (Təkcə müstəmləkəçilik siyasətini nəzərdə tuturuq, Napaleonu bura qatmırıq). Bu terrorçular isə dünyanın müsəlman əhalisinin heysiyyatına toxunulduğu, konkret olaraq, Məhəmməd peyğəmbərin karikaturasının nəşrinə görə bu addımı atıblar. Yəni “Charlie Hebdo”nun acınacaqlı taleyi artıq maddiyyat yox, mənəviyyat məsələsidir. Bunun, əlbəttə ki, heç bir bəraəti yoxdur, ola da bilməz. Çünki terrorizm qlobal problemdir, bəşəri bəladır. Amma Parisdəki son terrora görə, özü də bütün bəşəriyyətin təhlükəsizliyi naminə, yaxşıca düşünməyə dəyər. Bu hadisə niyə baş verdi? Kim təminat verə bilər ki, belə bir olay başqa bir məkanda təkrar olunmayacaq? Bəlkə, əvvəlcə, səbəbləri araşdıraq? Axı səbəbsiz nəticə olmur. Bir də ki səbəbi aradan qaldırmaq, nəticə ilə üz-üzə çarəsiz qalmaqdan daha düzgün seçim deyilmi?

Tarixə nəzər salsaq, aydın görərik ki, terrorçuların mövcudluğu və fəaliyyəti hegemon dövlətlərin əməlləri ilə bağlıdır. Birbaşa olmasa da, dolayısı ilə belədir.Təsir əks təsirə bərabərdir. Məhəmməd peyğəmbərin karikaturasını dərc edən “Charlie Hebdo” satirik nəşrinin redaksiyasına hücum edən Şərif və Səid Quaşi qardaşlarını da “Əl-Qaidə” yetişdirib. Beynəlxalq terror təşkilatları öz-özünə yaranmayıb ki?..

Müsyö Jordanın Fransasından üzü bəri

Mənim üçün Fransa ilə tanışlıq Müsyö Jordandan başlayıb. M. F. Axundovun Müsyö Jordanından.Sonra Aleksandr Düma, Onore de Balzak, Stendal, Viktor Hüqo, Jül Vern, Gi de Mopassan kimi ədəbiyyat korifeylərinin əsərlərində “gördüm” Fransanı. Fəlsəfəni oxuyanda utopik sosialistlərdən Adam Smit, Şarl Furye, Robert Ouenin nəzəriyyəsi ilə tanış oldum. Fransız xalqının tarixində azadlıqsevər obraz kimi dünyaya səs salan Janna D’Arkın iradəsinə heyran oldum. Yazılarımda, filmlərimdə Azərbaycana səyahətini qələmə alan Aleksandr Dümanı həmişə minnətdarlıqla xatırladım. Renuarın, Pol Qogenin, digər fransız rəssamlarının dahiyanə əsərləri, Luvr muzeyi, Eyfel qülləsi, Fransanın digər memarlıq inciləri və s. və s. Fransanı gözümdə laaap çox böyütdü.

Orta əsrlərdə Fransa mədəniyyətinin Rusiya kimi nəhəng imperiyanı kişi hörüklərinə qədər gözgörəsi təsir altına salması da elə- belə məsələ deyil. Bu ölkənin də, xalqın da gücü var. İllər keçdikcə, bəzi həqiqətlər Fransanın görünməyən tərəfləri haqqında məlumatımı daha da artırdı.

Dünyanın qanını içən Fransa

17-ci əsrdən başlayaraq müstəmləkə ərazisini 8 milyon kv kilometrdən 13 milyon kvadrat kilometrə qədər (bütün dünya ərazisinin 9 faizi) artıran , daha çox Afrika və Asiyada hakimiyyət və sərvət naminə aborigenlərin həm birbaşa, həm də dolayısı ilə qanını içən Fransa olub. Fransa belə Fransadır.

Neçə il əvvəl fransızların Afrika və Asiyadakı müstəmləkələrdə insanları ucuz işçi qüvvəsi kimi adam yerinə qoymadıqları, yerli əhalini min bir səbəbdən milçək kimi qırmaları (minlərlə), sərvətlərinə dədələrinin malı kimi yiyələnmələri barədə məlumatları bu qitəyə ezamiyyətim dövründə yerli əhalinin öz dilindən öz qulaqlarımla eşitdim. Onlar artıq azad idilər. Çox kasıb yaşasalar da, azadlıqları ilə fəxr edirdilər. Fransızlar yerlilərin ata-babalarına dağ çəkmişdilər. Bunu unudası da deyildilər…

Cümhuriyyətçilərin Fransası

İctimai TV-də çalışanda “Haqqım var ki, öyünüm…” silsiləsindən cümhuriyyət dövrü ilə bağlı sənədli filmlər hazırladım. ADR-in 1919-cu ildə Paris Sülh konfransında de-fakto tanınması, Əlimərdan bəy Topçubaşovun mühacir həyatını məhz Fransada davam etdirməsi və orada da haqq dünyasına qovuşması, Ramiz Abutalıbovun Parisdəki mühacirlərin taleyi barədə söhbətləri və bu mövzuda oxuduğum yazılar Fransa-Azərbaycan bağlarına əlavə kimi yaddaşımda qaldı. Təbii ki, müsbət çalarları ilə…

“Niyə belə büzüşmüsüz?”

10 il əvvəl olardı.Türkiyəyə yaradıcılıq ezamiyyəti zamanı bir nəfər, azərbaycanca danışdığımızı görüb, bizə yaxınlaşdı. Tanışlıq verdi. Quruş adlı İran azərbaycanlısı idi. Çox sevinirdi. Elə bil əzizlərini görmüşdü. Dedi, uzun illərdir, Fransada yaşayıram. Bir az söhbət eləmişdik ki, kimsə fransızca nəsə soruşdu. Baxdıq ki, bir yaşlı qadın, bir də yaşlı kişidir. Quruş onlarla fransızca danışdı. Nəyisə izah elədi. Sonra yenidən yanımıza gəldi. Biz onu dərhal sorğu-suala tutduq. “Nə yaxşı gəliblər bu yaşda Türkiyəyə?” Dedi ki, dincəlməyə”. Bu, marağımızı və heyranlığımızı daha da artırdı. Onlara baxdıqca, gözümüzə işıq gəlirdi, canlı fransız görürdük axı.. Özü də qeyri-rəsmi yerdə… Quruş fransızlara “hayıl-mayıl” olduğumuzu görüb, başını buladı: “Siz ikiniz də onlardan böyük adamsınız. Niyə belə büzüşüb durmusunuz. Jurnalistsiniz, müəllimsiniz, alimsiniz. Onlar kimdirlər, Allah bilir… Bunlar millət deyil ki… Ay tövbə, bu dəqiqə soruşsan, siz onların ədəbiyyatını da, tarixini də onlardan yaxşı bilirsiniz. Fransızların güclü dövləti var, dövlətin də yaxşı pulu, vəssalam… Soyuqdurlar, laqeyddirlər”.

 Od düşdüyü yeri yandırır

Fransanın ermənipərəst mövqeyi, qondarma erməni soyqırımını tanıması, düşmənlərimizə havadar çıxması, onları himayə etməsi bu ölkənin dövlət maraqlarının da ədalət hissinə söykənmədiyindən xəbər verir. İraqda, Əfqanıstanda, Fələstində, lap elə Azərbaycanda  tökülən qanları, Xocalı soyqırımını   görməməzliyə vurmaq, haqqa yox, nahaqqa dəstək vermək özü ən böyük ədalətsizlik deyilmi?  Görünür, ədalətli olmaq çətindir,  amma ədalətsizliyə məruz qalmaq ondan da çətindir. Bu gün Fransa 12 vətəndaşından ötrü  dünyadan ədalətli mövqe istəyəndə, yəqin ki, bizim kimi yüzlərlə, minlərlə , milyonlarla ədalətsizlik qurbanlarının nələr çəkdiyini yaxşı başa düşər. Çünki od düşdüyü yeri yandırır.

 “Axı biz Fransadayıq…”

Jurnalın aparıcı rəssamı Stefan Şarbonye dəfələrlə həmkarlarına jurnala hücum olacağını söyləyirmiş. O, qətiyyən, geri çəkilməyəcəyini bildirib və belə deyib: “Mən intiqamdan qorxmuram. Nə arvadım, nə uşağım, nə maşınım, nə də kreditim var. Mən ayaqüstə ölməyi, dizüstə ölməkdən üstün tuturam. Bircə işim və ona məhəbbətim var”.

Zor zor doğurmalıdır. Bəlkə buna görə, terrorçular da elə”Şarbo hanı?” deyə-deyə birinci onu öldürüblər.

Başqa bir detal. Hadisədən əvvəl “Charlie Hebdo” jurnalının əməkdaşlarından biri o birinə deyirmiş ki, bu karikatura məsələsi bizə baha başa gələcək. Müsəlmanlar belə şeyi unutmurlar. İş yoldaşı isə deyib ki, qorxma, bir də ki, biz axı Fransadayıq, nədən qorxursan?

“Euronews” kanalında Fransa Milli Elmi Araşdırmalar Mərkəzinin direktoru  Dominik Volton maraqlı bir məsələyə toxundu: “Həyatda hər bir hadisə, həm də ibrət dərsidir-dedi.- Bu hadisə göstərdi ki, müqəddəs mövzularla alver eləmək olmaz. Buna son qoymaq lazımdır. Söz azadlığı da ifrata varanda, mənfi nəticə verir. Biz ABŞ-a ağıl öyrətmək fikrindən uzağıq. Amma 11 sentyabr hadisələrindən sonra ABŞ anti-İslam təbliğatını o qədər kəskinləşdirdi ki, nəticəsi də belə oldu…”- dedi.

Bu da sizə “Charlie Hebdo” nun ağır taleyinin səbəbi. Bayaq yazmışdıq axı: səbəbsiz nəticə olmur.(Aktual.az)

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Avropa liderləri Parisdə

Next Post

Fransada Kuaşi qardaşları öldürüldü

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

17 Fevral 2023 - 11:21

Məhəmmed Əli Cinnah (1876-1948) Pakistanı dövlət olaraq yaradan qurucu liderdi. Müsəlman liqasının banisi də odur. Adı Queyd-i-Əzam ("Ulu Öndər") və...

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

15 Dekabr 2022 - 13:13

Ərəb, xüsusən Məğrib mediası futbol üzrə dünya çempionatına, yarımfinaldakı Fransa-Mərakeş qarşılaşmasına o qədər siyasi məna yükləyirdi ki. Və yalnız onlar...

Next Post

Fransada Kuaşi qardaşları öldürüldü

Fransada növbəti terror – dünya ŞOKda

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.