İnam ATA (Asif Ata) 
Əxlaq – Mütləq Xeyir, Mütləq Ədalət, Mütləq Həqiqət əsasında Yaşamaq Tələbidir.
Mütləq Xeyir – İnsanilik deməkdir.
Mütləq Ədalət – İnsaniliyin Təsdiqi deməkdir;
Mütləq Həqiqət – İnsaniliyin Dərki deməkdir.
İnsanilik – Mütləq İnam, Mütləq İdrak, Mütləq Mənəviyyat, Mütləq İradədir.
Əxlaqilik – Mütləqilik Tələbidir əslində.
Əxlaqlı olmaq – Nisbidən Üstün olmaqdır; Həyatdan Üstün olmaqdır; Gerçəklikdən Üstün olmaqdır; Cəmiyyətdən Üstün olmaqdır; Adamdan Üstün olmaqdır.
Həyat – Mütləq Xeyir tanımır; Əxlaq – Həyata Mütləq Xeyiri tanıdır; Həyatdan Üstün olur; Həyat üzərində yüksəlir; Həyatı Yüksəldir.
Gerçəklik – Mütləq Xeyir tanımır; Əxlaq – Gerçəkliyə Mütləq Xeyiri tanıdır; Gerçəklikdən Üstün olur; Gerçəklik üzərində Yüksəlir, Gerçəkliyi Yüksəldir.
Cəmiyyət – Mütləq Xeyir tanımır; Əxlaq – Cəmiyyətə Mütləq Xeyiri tanıdır; Cəmiyyətdən Üstün olur; Cəmiyyət üzərində Yüksəlir; Cəmiyyəti Yüksəldir.
Adam – Mütləq Xeyir tanımır; Əxlaq – Adama Mütləq Xeyiri tanıdır; Adamdan Üstün olur; Adam üzərində Yüksəlir; Adamı Yüksəldir.
Həyat – Mütləq Ədalət tanımır; Əxlaq – Həyata Mütləq Ədaləti tanıdır; Həyatdan Üstün olur; Həyat üzərində Yüksəlir; Həyatı Yüksəldir.
Gerçəklik – Mütləq Ədalət tanımır; Əxlaq – Gerçəkliyə Mütləq Ədaləti tanıdır; Gerçəklikdən Üstün olur; Gerçəklik üzərində Yüksəlir, Gerçəkliyi Yüksəldir.
Cəmiyyət – Mütləq Ədalət tanımır; Əxlaq – Cəmiyyətə Mütləq Ədaləti tanıdır; Cəmiyyətdən Üstün olur; Cəmiyyət üzərində Yüksəlir; Cəmiyyəti Yüksəldir.
Adam – Mütləq Ədalət tanımır; Əxlaq – Adama Mütləq Ədaləti tanıdır; Adamdan Üstün olur; Adam üzərində Yüksəlir; Adamı Yüksəldir.
Həyat – Mütləq Həqiqət tanımır; Əxlaq – Həyata Mütləq Həqiqəti tanıdır; Həyatdan Üstün olur; Həyat üzərində Yüksəlir; Həyatı Yüksəldir.
Gerçəklik – Mütləq Həqiqət tanımır; Əxlaq – Gerçəkliyə Mütləq Həqiqəti tanıdır; Gerçəklikdən Üstün olur; Gerçəklik üzərində Yüksəlir, Gerçəkliyi Yüksəldir.
Cəmiyyət – Mütləq Həqiqət tanımır; Əxlaq – Cəmiyyətə Mütləq Həqiqəti tanıdır; Cəmiyyətdən Üstün olur; Cəmiyyət üzərində Yüksəlir; Cəmiyyəti Yüksəldir.
Adam – Mütləq Həqiqət tanımır; Əxlaq – Adama Mütləq Həqiqəti tanıdır; Adamdan Üstün olur; Adam üzərində Yüksəlir; Adamı Yüksəldir.
Əxlaqlı – Həyatda Həyatdan Üstün yaşayır, Gerçəklikdə Gerçəklikdən Üstün yaşayır; Cəmiyyətdə Cəmiyyətdən Üstün yaşayır; Adamı İnsana Yüksəldir.
Olana uyğun yaşamır, Olmalıya uyğun yaşayır. Bu səbəbdən də Əxlaq Yerin Göyü olur əslində. Ona Yetmək Çətin olur, Ağır olur; – Göyə Yüksəlmək qədər Çətin, Ağır.
Ancaq Əxlaqdan hamıya pay düşür; Hamı Əxlaqa Yüksəlməsə də, hamı Əxlaqdan bəhrələnir; Əxlaq vasitəsiylə zənginləşir, artır, böyüyür; əvvəlki halından, səviyyəsindən fərqlənir.
Əxlaqa Yüksəlmək – hünər istəyir: həmin hünərdən hamı bəhrələnir.
İnsanda İnsaniliyə çatmaq Tələbi var – Əzəli, Əbədi, Sonsuz, Kamil, yəni Mütləqiliyə çatmaq; Nisbidən Üstün olmaq, Həyatdan Üstün olmaq, Gerçəklikdən Üstün olmaq, Cəmiyyətdən Üstün olmaq, Adamdan Üstün olmaq Tələbi. İnsanda İdeal əsasında yaşamaq Tələbi var.
Bu Tələblər İnsanın Ruhani Təbiətindən yaranıb.
İnsan Ruhani Təbiətə malikdir; onu başqa canlılardan fərqləndirən budur.
Bu səbəbdən də o, Mütləqiliyə can atır.
Əxlaq – İnsanın Ruhani Təbiətinin Təsdiqidir.
Əxlaqda İnsan Ruhanilik əsasında yaşayır; – yəni Mütləq İnam, Mütləq İdrak, Mütləq Mənəviyyat, Mütləq İradə əsasında.
Həyat – Mütləq İnam tanımır; Əxlaq Mütləq İnamı Həyata tanıdır, Həyat üzərində Yüksəlir, Həyatı Yüksəldir.
Gerçəklik – Mütləq İnam tanımır; Əxlaq Mütləq İnamı Gerçəkliyə tanıdır, Gerçəklik üzərində Yüksəlir, Gerçəkliyi Yüksəldir.
Cəmiyyət – Mütləq İnam tanımır; Əxlaq Mütləq İnamı Cəmiyyətə tanıdır, Cəmiyyət üzərində Yüksəlir, Cəmiyyəti Yüksəldir.
Adam – Mütləq İnam tanımır; Əxlaq Mütləq İnamı Adama tanıdır, Adam üzərində Yüksəlir, Adamı Yüksəldir.
Həyat – Mütləq İdrak tanımır; Əxlaq Mütləq İdrakı Həyata tanıdır; Həyat üzərində Yüksəlir; Həyatı Yüksəldir.
Gerçəklik – Mütləq İdrak tanımır; Əxlaq Mütləq İdrakı Gerçəkliyə tanıdır; Gerçəklik üzərində Yüksəlir; Gerçəkliyi Yüksəldir.
Cəmiyyət – Mütləq İdrak tanımır; Əxlaq Mütləq İdrakı Cəmiyyətə tanıdır; Cəmiyyət üzərində Yüksəlir; Cəmiyyəti Yüksəldir.
Adam – Mütləq İdrak tanımır; Əxlaq Mütləq İdrakı Adama tanıdır; Adam üzərində Yüksəlir; Adamı Yüksəldir.
Həyat – Mütləq Mənəviyyat tanımır; Əxlaq Mütləq Mənəviyyatı Həyata tanıdır; Həyat üzərində Yüksəlir; Həyatı Yüksəldir.
Gerçəklik – Mütləq Mənəviyyat tanımır; Əxlaq Mütləq Mənəviyyatı Gerçəkliyə tanıdır; Gerçəklik üzərində Yüksəlir; Gerçəkliyi Yüksəldir.
Cəmiyyət – Mütləq Mənəviyyat tanımır; Əxlaq Mütləq Mənəviyyatı Cəmiyyətə tanıdır; Cəmiyyət üzərində Yüksəlir; Cəmiyyəti Yüksəldir.
Adam – Mütləq Mənəviyyat tanımır; Əxlaq Mütləq Mənəviyyatı Adama tanıdır; Adam üzərində Yüksəlir; Adamı Yüksəldir.
Həyat – Mütləq İradə tanımır; Əxlaq Mütləq İradəni Həyata tanıdır; Həyat üzərində Yüksəlir; Həyatı Yüksəldir.
Gerçəklik – Mütləq İradə tanımır; Əxlaq Mütləq İradəni Gerçəkliyə tanıdır; Gerçəklik üzərində Yüksəlir; Gerçəkliyi Yüksəldir.
Cəmiyyət – Mütləq İradə tanımır; Əxlaq Mütləq İradəni Cəmiyyətə tanıdır; Cəmiyyət üzərində Yüksəlir; Cəmiyyəti Yüksəldir.
Adam – Mütləq İradə tanımır; Əxlaq Mütləq İradəni Adama tanıdır; Adam üzərində Yüksəlir; Adamı Yüksəldir.
Əxlaqlı – Nisbidə Nisbidən Üstün yaşayır; Həyatda Həyatdan Üstün yaşayır; Gerçəklikdə Gerçəklikdən Üstün yaşayır; Cəmiyyətdə Cəmiyyətdən Üstün yaşayır, Adamı İnsana çatdırır.
Əxlaq – Mütləqilik Tərzidir – İnsanilikdən Yaranan.
Akademik Musiqili Teatr Özbəkistanda beynəlxalq forumda iştirak etdi
#image_title Azərbaycan Dövlət Akademik Musiqili Teatrı ilə Özbək teatrları arasında imzalanan əməkdaşlıq memorandumlarına əsasən qarşılıqlı mədəni əlaqələr uğurla davam etdirilir....



