"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Müvafiq icra hakimiyyəti orqanı ilə müzakirələr aparmalıyıq”

02 May 2023 - 14:10
in MANŞET

Qüdrət Həsənquliyev: “Mənim üçün aydın deyil ki, yerlərdə Prezidentun səlahiyyətli nümayəndələri hansı səlahiyyətlərə malikdirlər”

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

“Qorxuram ki, indi səsləndirəcəyim fikrə görə, yenə də həmkarlarımdan kimsə məni “konstitusiyanı yalnlz sən oxumusan?”, – deyə ittiham eləsin. Əvvəla, əminəm, həmkarlarımın hamısı bilir ki, insanlar konstitusiyanı bilmədiklərinə görə pozmurlar. Bəzi hallarda korporativ maraqlar və digər məqsədlər naminə bunu edirlər. Elə bu gün bizim hörmətli, tanınmış vəkillərdən biri – Anar Qasımlının bir açıqlamasını oxudum ki, 2003-cü ildə kasassiya şikayəti ilə bağlı məhdudiyyətin tətbiq olunması ilə əlaqədar normanı Konstitusiya Məhkəməsi konstitusiyaya zidd hesab edir, amma 2021-ci ildə biz məhkəmə-hüquq islahatları çərçivəsində həmin normanı yenidən Mülki Prosessual Məcəlləyə təqdim etmişik”.
Elchi.az xəbər verir ki, bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.
Millət vəkili əlavə edib ki, konstitusiyanın 124-cü maddəsində qeyd olunur ki, yerlərdə icra hakimiyyətini yerli icra hakimiyyətinin başçıları həyata keçirirlər: “Hazırda cənab Prezident tərəfindən səlahiyyətli nümayəndələr təyin olunur. Həmin səlahiyyətli nümayəndələr faktiki surətdə, bir çox hallarda icra başçılarının səlahiyyətlərinə aid olan funksiyaları yerinə yetirirlər. Konstitusiyaya görə isə yerlərdə icra hakimiyyəti funksiyası yerli icra başçılarının səlahiyyətlərinə aid olmalıdır. Ona görə də buna aydınlıq gəlməlidir. İcra orqanı olduğuna görə, subardinasiya və ierarxiya olmalıdır. Məsələn, mənim üçün aydın deyil ki, yerlərdə Prezidentin səlahiyyətli nümayəndələri hansı səlahiyyətlərə malikdirlər. Onlar icra başçılarına göstəriş verə bilərlərmi? Yaxud əksinə, icra başçıları onlara göstəriş verə bilərmi, yaxud səlahiyyətli nümayəndələr icra başçılarına tabedirlərmi? 2012-ci ildə cənab Prezident tərəfindən “Yerli icra hakimiyyəti orqanları haqqında” Əsasnamə təsdiq olunub. Bu gün səlahiyyətli nümayəndələrin vəzifəsinə aid olmuş bir çox məsələlər həmin əsasnamə ilə də yerli icra hakimiyyəti başçılarına şamil olunur. Konstitusiyada da qeyd olunub ki, Azərbaycanda dövlət hakimiyyəti hakimiyyətlərin bölgüsü prinsipi əsasında həyata keçirilir. Qanunverici hakimiyyəti Milli Məclis, Məhkəmə hakimiyyətini konstitusiyanın 125-ci maddəsində qeyd olnunur ki, məhkəmələr, icra hakimiyyətini də yerlərdə konstitusiyanın 124-cü maddəsinə görə, yerli icra hakimiyyətinin başçıları həyata keçirirlər. Ona görə, bu məsələni diqqətinizə çatdırmaq istədim ki, müvafiq icra hakimiyyəti orqanı ilə bu məsələ ilə bağlı müzakirələr aparmalıyıq. Lazım olarsa bu məsələni qanunvericilik aktları ilə tənzimləməliyik. Mən bu məsələni diqqətinizə çatdırmağı özümə borc bildim”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Simonyan sabah Türkiyəyə gedir

Next Post

BMT yeni miqrasiya böhranı ilə bağlı xəbərdarlıq edib

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post
BMT yeni miqrasiya böhranı ilə bağlı xəbərdarlıq edib

BMT yeni miqrasiya böhranı ilə bağlı xəbərdarlıq edib

Prezident seçilsəm, ilk bu şəxsləri işdən çıxaracam

Prezident seçilsəm, ilk bu şəxsləri işdən çıxaracam

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.