"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Müxalifət 18 martda keçirəcəyi toplantıya hazırlaşır

07 Mart 2017 - 10:05
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Əli Orucov: “Müxalifətin yazda fəallaşması gözlənilir”; Tamilla Qulami: “Prezident seçkilərinə hazırlıq işlərinə başlamışıq”
2017-ci ilin iki ayı arxada qalıb. Keçən ilin sentyabrında keçirilən referendumdan sonra müxalifət düşərgəsində müşahidə olunan sükut, qeyri-aktivlik isə hələ də davam edir. Ölkədəki iqtisadi və sair problemlərin fonunda müxalifətin aktivliyi hiss olunmur.
Əvvəllər yaz aylarında müxalifətin aktivləşməsi və aksiyalar keçirilməsi müşahidə olunurdu. Artıq yazın ilk ayı başlanıb. Müxalifət düşərgəsinin yaz ayları üçün hansı planlarının olduğunu, kütləvi aksiya keçirib-keçirməyəcəklərini araşdırdıq.
15-ə yaxın müxalif partiyanın təmsil olunduğu, şərti olaraq Birləşmiş Müxalifət Mərkəzi adlanan birlikdə təmsil olunan AĞ Partiyanın sədri Tural Abbaslı bildirdi ki, həftədə bir dəfə həmin mərkəzin rəhbərliyinin iclasları keçirilir. Martın 18-də ADP-nin qərargahında böyük bir tədbir keçirmək barədə qərar qəbul olunub və hazırlıqlar gedir: “Son siyasi proseslərlə bağlı və gözlənilən siyasi hadisələrlə əlaqədar bir geniş tədbir keçirmək niyyətindəyik. Böyük və maraqlı tədbir alınacaq. Yəqin ki, ondan sonra digər kütləvi tədbirlər barədə müzakirələr aparılacaq. Hər iclasımızda bu və ya digər hadisələr barədə, o cümlədən kütləvi etiraz aksiyaları mövzusunda müzakirələr gedir. Lakin hələ ki kütləvi etiraz aksiyası barədə qərar qəbul edilməyib. Yaz ayları üçün startı martın 18-də keçirəcəyimiz böyük tədbirlə verəcəyik. Görək sonrası necə davam edir. Hansı addımlar atacağımızı, hansısa aksiyalar olub-olmayacağını ölkədəki siyasi durum, siyasi gündəm də müəyyən edəcək. Hələlik planda ayın 18-nə təyin edilən tədbirdir”.
Sözügedən mərkəzdə təmsil olunmayan AMİP-in katibi Əli Orucov isə dedi ki, siyasi partiyaların, o cümlədən də müxalifət düşərgəsinin aktivləşməsi mövsümi xarakter daşımır. Bu, ölkədə gedən proseslərdən, cəmiyyətin fəallığından və seçkilərlə bağlı haldır: “Müxalifət dedikdə cəmiyyətdən kənar, hansısa fövqəlqüvvə deyil və onun da gücü sosial bazasından, ölkə əhalisinin siyasi və ictimai fəallığından, xalq-iqtidar münasibətindən, eləcə də qarşı duran tərəflər arasında yaranan ziddiyyətin miqyasından asılıdır. Bu baxımdan da düşünürəm ki, aksiyaları da, siyasi fəallığı da cəmiyyətin özü müəyyənləşdirməlidir. Doğrudur, bu gün ölkədə ciddi problemlər var, hərtərəfli böhran getdikcə dərinləşir, amma bunun ictimai-siyasi proseslərə təsiri hiss olunmayacaq dərəcədə zəifdir. Lakin müxalifətin yazda fəallaşması gözlənilir. Çünki bu fəallaşmaya hakimiyyətdaxili müxalifətin də təkanı olacaq.
Ona görə də sosial sifarişi gözləmədən, cəmiyyətdəki narazılığı fərdi narazılıqlardan çıxardaraq ictimai narazılığa çevirmədən və hakimiyyətə qarşı fokuslaşdırmadan heç bir aksiya və süni fəallıq nəticə verməyəcək. AMİP-in də gündəmində reallıqları nəzərə almadan tələsik və nəyinsə xatirinə hansısa kütləvi aksiya keçirmək fikri yoxdur. Biz daha çox diqqəti təşkilatlanmaya, partiyadaxili strukturları tam işlək səviyyəyə gətirməyə yönəltmişik”.
Ümid Partiyasının sədr müavini Tamilla Qulami isə yaz aylarında 2018-ci il prezident seçkilərinə hazırlıq işlərini həyata keçirəcəklərini dedi: “Bildiyiniz kimi, qarşıdan seçki ili gəlir. Artıq iki həftədən çoxdur ki, partiyamızda təşkilatlanma yönündə rayon təşkilatlarımızla birgə regional iclaslar keçirilir. Görəcəyimiz işlərlə bağlı proqram hazırlanır. Aprel ayının sonunadək bitməlidir. Hazırda partiyanın gündəmində kütləvi etiraz aksiyası keçirmək yoxdur”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Lavrov Məmmədyarova Qarabağla bağlı nə deyib?

Next Post

Deputatın mandatına xitam verildi

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Deputatın mandatına xitam verildi

Əli İnsanovun qurtuluş yolları - sabiq nazirin əlində qalan şansları

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.