"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Müxalifət İlqar Məmmədova qarşı: `O, lider ola bilməz`

04 Noyabr 2016 - 12:11
in MANŞET

REAL hərəkatının siyasi partiyaya çevrilməsi uzun müddətdir müzakirə mövzusudur. REAl-çıların bununla bağlı sosial şəbəkələr üzərində apardığı təbliğat, hazırda həbsdə olan İlqar Məmmədovun müxalifətin yeni lideri ola biləcəyini dair söz-söhbətlər digər partiyalar tərəfindən xoş qarşılanmayıb.

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

 

Müxalif düşərgə İlqar Məmmədovu potensial lider olaraq qəbul etmir, buna qarşı mövqe sərgiləyir.

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn  bildirib ki, o, potensial lider iddiasını qəbul etmir. Onun sözlərinə görə, İ.Məmmədov ən yaxşı halda REAL-ın lideri ola bilər.

“Bu kimi məsələlərin nədən ortaya atıldığı başa düşülən deyil. Partiya yaratmaq istəyirlərsə, qanuni yolla bunu edə bilərlər. Heç kim onlara maneə olmur. Potensial liderin nə demək olduğunu başa düşə bilmirəm. Siyasi partiya yaradırlarsa, qurultay keçirməlidirlər. Qurultayda kim sədr seçilsə, o da partiyanın lideri olacaq. Ancaq, bu potensial lider nə olan şeydir başa düşə bilmirəm”.

Azərbaycan Sosial Demokrat Partiyasının sədri, deputat Araz Əlizadənin fikrincə, REAL bu məsələn ortaya atmaqla özünü reklam etmək istəyir.

“Bu adamların məqsədi özlərini gözə soxmaq, reklam aparmaqdır. Sonda məqsəd xaricdən maliyyə yardımı almaqdır. Bir sözlə, onlar xaricdən pul almağa hesablanmış addımlardır. Hərəkatın partiyaya çevriləcəyinin və İlqar Məmmədovun potensial lider olmasının gündəmə gətirilməsi arxasında bu məsələ dayanır”.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu modern.az-a müsahibəsində İlqar Məmmədovu lider kimi qəbul etmədəyini etiraf edib.

Bildirib ki, İlqar Məmmədov Azərbaycan siyasətində həbsdən öncə də partlaq liderlik ortaya qoymayıb: “Uzun müddət Etibar Məmmədovun katiblərindən biri olub. O qədər də tanınmış katib olmayıb. Siyasətdən uzaqlaşıb Amerika səfirliyinə işə gedəndən sonra yenidən deputatlığa namizəd kimi siyasətə qayıdıb. Səfirliyin yardımı ilə Amerikada təhsil alan tələbələrdən ibarət REAL təşkilatını yaradıb. Bu baxımdan İlqar Məmmədovun təşkilatçı olması, lider olması ilə bağlı fikirlər mifdən başqa bir şey deyil. Düzdür o, həbsxanadadır, həbsxanada olduğu üçün onun haqqında başqa bir söz deyə bilmərik. Amma bir adam həbsxanadadır, çətinlikdədir.

Bundan istifadə edib, onun üzərinə aid olmayan adı qoymaq düzgün deyil. Əli İnsanov haqqında da belə fikirlər deyilirdi ki, o çıxsa Azərbaycanı düzəldəcək. Bütün bunlar hamısı həbsdə olan insanlara diqqəti cəlb etmək üçün atılan addımlardır. Belə çıxır ki, İlqar Məmmədovla bağlı yayılan fikirlər onun həbsinə diqqəti artırmaq, bunun daha çox siyasi xarakterli olduğunu dünyaya bildirməkdir. Bu adam guya müxalifətin lideridir, ona görə həbsxanada saxlanılır. Bu tamamilə yanlış fikirdir.

İlqar Məmmədovun ümumiyyətlə bizim başa düşdüyümüz kimi liderlik etməyə nə əqli potensialı var, nə də onun xarakteri imkanı var ki, belə bir liderlik etsin. Müəyyən bir qrupun, belə deyək ki, Amerika Səfirliyinin nəzarəti altında olan bir qrupun lideri ola bilər”.

İlqar Məmmədovun müxalif lider kimi təqdim olunması AXCP və Müsavatda da qıcıq yaradıb. Bu partiyalardan mövzu ilə bağlı mövqe öyrənmək istəsək də, partiya yetkililəri İlqar Məmmədovla bağlı məsələnin onlar üçün müzakirə mövzusu olmadığını bildirib.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

`Tramp prezident seçilməyəcək` – Culian Assanc

Next Post

Maliyyə bazarları ilə bağlı yeni qanun hazırlanıb

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post

Maliyyə bazarları ilə bağlı yeni qanun hazırlanıb

Akif Çovdarovun qızı və oğlunun istintaqa ifadələri - İTTİHAM AKTINDAN

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.