Elchi.az Hraparak-a istinadən xəbər verir ki, Ermənistan parlamentinin sədri müxalifətin qayıdışına sevinib.
Müxalifətin uzun fasilədən sonra parlamentə qayıtması Ermənistan Milli Assambleyasının sədri Alen Simonyanın hədsiz sevincinə səbəb olub. Bu barədə “Hraparak” qəzeti mövzunu inkişaf etdirərək yazır. “Aydın görünürdü ki, parlamentin müxalifət hesabına özünü təsdiq etmədən işləməsi hakimiyyət üçün öz “mənasını” itirib. Maraqlıdır ki, hakim partiyanın bir neçə deputatı çıxış etmək üçün qeydiyyatdan keçsə də, yəqin ki, “yuxarıdan” zəng gəlib, öz niyyətlərindən əl çəkiblər.
Qeyd edək ki, “Ermənistan” blokunun deputatları parlamentə Qarabağ bayraqları ilə qayıdıblar
Xatırladaq ki, müxalifət bir neçə ay əvvəl Milli Məclisin iclaslarını boykot elan edərək, parlamentə müstəsna olaraq öz gündəlikləri ilə qayıdacaqlarını vurğulamışdı.
Şayəstə Hüseynova






