Myanmadakı hərbi hökumət ölkədəki gənc qadın və kişilərin ən azı 2 il məcburi hərbi xidmət keçəcəyini açıqlayıb.
Elchi.az xəbər verir ki, Myanmadakı hərbi hökumət ölkədəki gənc qadın və kişilərin məcburi hərbi xidmət keçəcəyini açıqlayıb.
Açıqlamada 18-35 yaş arası kişilərin və 18-27 yaş arası qadınların ən azı 2 il hərbi xidmət keçməsinin tələb olunduğu bildirilib.
Bəyanatda fövqəladə hallarda hərbi xidmət müddətinin 5 ilə qədər uzadıla biləcəyi, bu təcrübəyə qarşı çıxanların isə 5 il müddətinə azadlıqdan məhrum ediləcəyi bildirilib.
Nuranə Məmmədova





