"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Nəcib təşəbbüsü dəstəkləyək!

15 Mart 2015 - 17:31
in CƏMİYYƏT

 

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

10922682_333021206886609_8365572307421207941_nErmənistanı Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 1 milyondan artıq soydaşımız qaçqın və məcburi köçkünə çevrildi, 20 faizdən çox torpağımız işğal edildi. Qəlbində Vətən eşqini yaşadanlar, könüllü surətdə silaha sarılaraq, ərazi bütövlüyümüzün müdafiəsinə yollandılar.Onlardan biri də, əslən Qərbi Azərbaycandan olan qeyrətli Vətən oğlu, Sumqayıt şəhər sakini Məmməd (Ağa) Həsən oğlu Məmmədliydi. Sumqayıt şəhər 5 saylı tam orta məktəbində şagirdlərə fizika fənnini tədris edən M.Məmmədli, erməni terrorçularının doğma yurdumuzda at oynatmalarına dözmədi. 1993-cü ilin martında Azərbaycan Ordusunun Ağdam bölgəsindəki “N” saylı hərbi hissəsinə üzv yazıldı.Qısa müddətdə hissə komandanlığının hörmətini qazanan M.Məmmədli, savaş meydanlarında düşmənə qarşı nifrətilə çoxlarından seçilirdi. 1994-cü il martın 28-i Ağdam bölgəsindəki Qaraqaşlı kəndinin müdafiəsi zamanı ağır yaralanan cəsur döyüşçü öncə Ağdam bölgəsindəki “N” saylı hərbi səhra Cərrahiyyə hospitalına yerləşdirildi, 3gün sonra isə, Bakıdakı Mərkəzi Klinik Hospitala təxliyyə olundu. Məmməd müəllimin baş nahiyyəsində 3 dəfə cərrahi əməliyyat aparıldı.
Məmməd müəllim yaralanan zaman yeganə övladı Həsənin 3 yaşı vardı. Onun ömür-gün yoldaşı, o zaman 28 saylı tam orta məktəbdə fizika müəllimi işləyən Nəhayət xanım, Məmməd müəllimin sağalması və ailənin dolanışığı üçün çox böyük əziyyət çəkdi. Sonra ailədə daha 1 övladları dünyaya gəldi: Adını Nərmin qoydular.İndi Nərminin 19 yaşı var.
…Sumqayıt şəhər Corat qəsəbə 7 saylı tam orta məktəbində çox gözəl ənənə formalaşıb:Bu təhsil ocağının şagirdləri, növbəlik əsasında hər ay 1 müharibə veteranının evinə baş çəkir, onun şərəfli döyüş yolu barədə sinif yoldaşlarını məlumatlandırırlar. Məktəbin direktoru Təranə xanım Haqverdiyevanın təşəbbüsü ilə bu dəfə Sumqayıt şəhərində, 29-cu məhəllədə yaşayan II dərəcəli müharibə əlili Məmməd Məmmədligilə baş çəkmək qərara alındı. Çünki, martın 15-i Məmməd müəllimin 55 yaşı tamam olacaqdı. Məmmədlilər ailəsinin yeganə qız övladı-“Xocalı Soyqırımını Tanıtma”ictimai birliyinin üzvü, “Ana harayı” qəzetinin əməkdaşı olan (ictimai əsaslarla) Nərmin xanım, müəllimlərə Qarabağ qazisi olan atasını sevdirdiyinə görə, 7 saylı tam orta məktəbin pedaqoji kollektivi tərəfindən bu addım atılmışdı.Məktəbin direktoru Təranə xanım Haqverdiyeva, direktor müavini Süsənbər xanım Kərimova bu görüşdə üzrlü səbəbdən iştirak edə bilməsələr də, məktəbin müəllimləri-“Tərəqqi” medalının mükafatçısı Xanım Əliyeva və coğrafiya müəllimi, eyni zamanda, “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin Sumqayıt şəhər şöbəsinin sədri vəzifəsində çalışan (ictimai əsaslarla) Xalidə Cəbrayılova-Vural 6 c sinif şagirdlərilə birlikdə Məmməd müəllimgilə qonaq gəldilər. “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri, “Yeni Yurd” Sosial İnkişaf ictimai birliyinin icraçı direktoru, “Ana harayı”qəzetinin baş redaktoru, “Tərəqqi” medalının mükafatçısı Şamil Sabiroğlu və “Xebertv.az” saytının rəhbəri, müharibə veteranı Əvəz Almədətov da Qarabağ qazisini ziyarətə gəlmişdilər.
Şamil müəllim, qəhrəman döyüşçünün şərəfli ömür yolu barədə qısa məlumat verdi, yubilyarı “Xocalı Soyqırımını Tanıtma” və “Yeni Yurd” Sosial İnkişaf ictimai birliklərinin fəalları adından təbrik etdi. Corat qəsəbə 7 saylı tam orta məktəbinin müəllimləri-Xanım Əliyeva, Xalidə Cəbrayılova-Vural, “Xebertv.az” saytının rəhbəri Əvəz Almədətov igid döyüşçü M.Məmmədli kimi qeyrətli oğulların ictimaiyyət tərəfindən tanınması üçün bu cür görüşlərin mütəmadi keçirilməsinin zəruriliyini qeyd etdilər.Ş.Sabiroğlu, “Yeni Yurd” ictimai birliyinin məhsulu olan “Torpaq, uğrunda ölən varsa, Vətəndir!” filminin videoyazısını, Nəhayət xanım isə yenicə aldığı Qlobusu ömür-gün yoldaşı Məmməd müəllimə hədiyyə verdilər.Müharibə əlili və veteranı Məmməd Məmmədli, Corat qəsəbə 7 saylı tam orta məktəbinin nəcib təşəbbüsünü alqışladı.
Səmimi söhbət, süfrə arxasında davam etdi.

Şamilə Şamilqızı,
Əvəz Almədətov,

foto

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Milli Konservatoriyada Muğam Festivalı…

Next Post

Novruz bayramını ön cəbhədə keçirəcəklər

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post

Novruz bayramını ön cəbhədə keçirəcəklər

"Albert Eynşteyn" Milli Şuranın mitinqinə qatılacaq"

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.