"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Nəcməddin Sadıkovun general bacısı oğlu “Tərtər işi” üzrə dindirildi

02 Avqust 2023 - 20:27
in CƏMİYYƏT

“Tərtər işi” üzrə ittiham olunan 4 nəfər – Vüsal Ələsgərov, Rəşid Niftəliyev, Ramil Qarayev və Rüstəm Ələsgərovun cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Elchi.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Sumqayıt Məhkəmə Kompleksində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən budəfəki prosesdə Azərbaycan ordusunun sabiq Baş qərargah rəisi Nəcməddin Sadıkovun bacısı oğlu, general-mayor Ramil Əsgərov şahid qismində dindirilib.

R.Əsgərov Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik Baş İdarəsinin rəisi olub. O, 2020-ci ildə-Vətən müharibəsi başa çatdıqdan sonra vəzifəsindən azad edilib.

General ifadəsində deyib ki, 2017-ci il mayın 7-də rəhbərliyin müvafiq göstərişi ilə Tərtərə gedib, həmin vaxt orada bir sıra hərbçilərə işgəncə verildiyinin şahidi olub: “Mənə göstəriş verilmişdi ki, istintaqa kömək məqsədilə Tərtərə gedim. Bunun da əsas səbəbi rəhbərlik etdiyim idarədə təcrübəli təhqiqatçıların çalışması idi. Orada olduğum müddətdə hərbçilərə qarşı qanunsuz hərəkətlərin şahidi oldum. Məsələn, dindirməyə gətirilənlər əlləri, gözləri bağlı vəziyyətdə saxlanılırdı, pəncərədən atılma halları və sairə.”

Zərərçəkmiş şəxsləri və vəkilləri maraqlandıran əsas məsələ isə generalın hərbçilərə qarşı qanunsuzluqlara müdaxilə edib-etməməsi olub: “Mən orada bəlkə də 10-cu adam idim. Ona görə də kiməsə nə isə deməyimin mənası yox idi…”

Daha sonra vəkillər R.Əsgərova “Bəs sizdən Nəcməddin Sadıkovun bacısı oğlu olduğunuza görə çəkinmirdilər?” sualını ünvanlayıb. O isə “çəkinirdilər” deyə cavab verib.

Qeyd edək ki, 2017-ci ildə bir qrup azərbaycanlı hərbçi Ermənistan xüsusi xidmət orqanlarına casusluq etməsi şübhəsi ilə Azərbaycan hüquq-mühafizə orqanları və ordunun vəzifəli şəxslərinin göstərişləri ilə Tərtər və ətraf ərazilərdə işgəncələrə məruz qalıb. Həmin şəxslərin ailələri və cəmiyyətin ictimai basqısından sonra “Tərtər işi”nin istintaqı 2021-ci ildə təzələnib. Məlum olub ki, vətənə xəyanətdə ittiham olunan şəxslərin çoxu məsumdur və onların əksəriyyəti bəraət alıb. Bir neçəsinə ölümündən sonra bəraət verilib.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Xaricdə təhsil alan neçə nəfərin diplomu tanınmayıb?

Next Post

Zelenski növbəti altı ayı Ukrayna üçün vacib hesab edir

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
Zelenski Quterreşi taxıl dəhlizi ilə bağlı tədbir görməyə çağırıb

Zelenski növbəti altı ayı Ukrayna üçün vacib hesab edir

Gürcüstan ABŞ avtomobillərinin Rusiyaya ixracına qadağa qoyub

Gürcüstan ABŞ avtomobillərinin Rusiyaya ixracına qadağa qoyub

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.