"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Nəcməddin Sadıqov 11 şəhid olayına görə möhkəm “əsəbiləşib”

02 Avqust 2014 - 12:54
in MANŞET

“Nəcməddin Sadıqov faciə yaşanan hərbi hissənin komandiri Nizam Osmanova çoxsaylı hərbçi necmeddin-sadiqovölümü ilə əlaqədar davamlı zənglər edir və vəziyyətin nəzarətdə saxlanılmasını əmr edir”.

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

 Axar.az xəbər verir ki, bu açıqlama ilə hərbi ekspert Üzeyir Cəfərov öz Feysbuk səhifəsində çıxış edib.

O, nazirliyin mətbuat xidmətinin cəmiyyətə vaxtında məlumat ötürməməsinin acınacaqlı vəziyyətin yaranmasına gətirib çıxardığını bildirib:

 “Dünən yaşananları öz kanallarım vasitəsilə araşdırmağa başladım. Çünki Müdafiə Nazirliyinin Mətbuat Xidməti, o cümlədən rəsmi dövlət və hökumət strukturları son dərəcə susqun bir vəziyyətdə idilər. Səbəbi isə çox sadə imiş. Yaranmış gərgin vəziyyəti cəmiyyətə doğru və düzgün çatdırmaq məsuliyyətini heç kim üzərinə götürməyə risk etmirmiş. Ölkənin Müdafiə naziri rəsmi icazə ilə bahalı kurortların birində öz yaxın çevrəsi ilə qısamüddətli məzuniyyətdə dincəlir. Ordunun idarə edilməsi Baş Qərargah rəisi (BQR) cənab Nəcməddin Sadıqova tapşırılır. O isə yaranmış gərgin situasiya ilə əlaqədar son dərəcə əsəbi şəkildə, ağzında ağır ifadələr, söyüşlər Bərdə korpusunun komandiri, iyunun 26-da general-leytenant rütbəsini almış Nizam Osmanova, faciə yaşanan hərbi hissənin komandirinə çoxsaylı hərbçi ölümü ilə əlaqədar davamlı zənglər edir və vəziyyətin nəzarətdə saxlanılmasını əmr edir. Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi və köməkçiləri də əsəbi vəziyyətdə olan BQR-dən mətbuat cameəsinə və cəmiyyətə hansı şəkildə məlumatın verilməsini soruşmağa qorxması, çəkinməsi belə acınacaqlı vəziyyətin yaranmasına gətirib çıxartdı. Bu, sadəcə, çoxsaylı hərbi qulluqçumuzun həlak olması və yaralanması ilə bağlı olan vəziyyət idi”.

 Hərbi ekspert yalnız Qənirə Paşayevanın müraciətindən televiziyaların qış yuxusundan oyandığını deyib:

 “Bəs, sabah bütün cəbhə boyu intensiv aktiv döyüş əməliyyatları başlayarsa, vəziyyət necə olacaq? Bizim başbilənlər burada fikirləşənədək, qərar qəbul edənədək, erməni rəsmi və qeyri-rəsmi mənbələri bütün dünyaya istədikləri dezinformasiyaları, bizi ittiham edən “əşyayi-dəlillərlə” dolu informasiyanı yaymağa nail olurlar. Elə dünən şəhidlərlə bağlı xəbər məlum olandan sonra səhər saatlarında bir çox rəsmi və özəl televiziya kanallarında olan biabırçılıq və özbaşınalıq əndazəyə sığmadı. Tanınmış millət vəkili Qənirə Paşayevanın israrlı müraciətindən sonra televiziyanın yay yuxusuna getmiş rəhbərləri nəhayət ki, cəbhə bölgəsində yaşanmış ağır faciənin miqyasını anlamağa başladılar. Məgər bunun üçün də kimlərdənsə icazə alınmalı idi?”

 Üzeyir Cəfərov bundan sonrada Azərbaycanı ağır sınaqların gözlədiyini söyləyib:

 “Bir sözlə, Qarabağı düşmən tapdağından azad etmək istəyən dövlət və xalq bu şəkildə müharibəyə hazır olmamalı idi. Ən azından belə boşluq və az qala başıpozuqluq qəti şəkildə yolverilməzdir. Bu illər ərzində yetərincə yaşananlardan nəticə çıxarılmalı idi. 2008-ci ilin bu günləri Gürcüstan-Rusiya münaqişəsindən, İraq, Əfqanıstan, Suriya, həmçinin hazırda davam edən faktiki Rusiya-Ukrayna silahlı toqquşması təcrübələri bizə çox şey öyrətməli idi. Çox təəssüflər olsun ki, biz belə ekstremal hallarda baş verənlərdə özümüzün necə zəif hazır olmağımıza bir daha əmin olduq. Çox ciddi nəticələr çıxarılmalıdır. İstər hərbi sahədə, istərsə də digər önəmli strukturların fəaliyyətinin müharibə şəraitinin tələblərinə uyğun olması ilə bağlı. Ola bilsin ki, qeyd etdiklərim, kimlərəsə adi, bir əhəmiyyətsiz hal kimi görünsün. Amma bir qədər ətraflı düşünəndə, bizim dünənki gün hansı xoşagəlməz, əsəbi və hamını vahiməyə salan bir halı yaşadığımızı çoxları hiss etdi. Bizi qarşıda çox ağır sınaqlar gözləyir. Bu çətin vəziyyətlərdən layiqincə çıxmaq üçün biz bir xalq olaraq bir hədəfə vurmalıyıq. Biz erməni kimi qaniçən, şərəfsiz və insanlıq hissindən uzaq olan hansı məkrli düşmənlə üz-üzə qaldığımızı, onu idarə edən iri güclərlə baş-başa gəldiyimizi də unutmamalıyıq.

Allah cəmi Şəhidlərimizə rəhmət eləsin. Bizim dünən də, bu gün də, sabah da Şəhidlərimiz olacaq!”

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Düşmən itkilərinin sayı açıqlandı

Next Post

Adil Əliyev də danışdı

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post

Adil Əliyev də danışdı

Yeseninlər sovetlərin qanlı dəyirmanında

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.