"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Nərmin itkin düşən gün bacısını da oğurlamaq istəyiblər

17 İyun 2022 - 21:45
in CƏMİYYƏT

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilməsində təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Elchi.az Trend-ə istinadən xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyilə keçirilən prosesdə kənd sakinlərinin və Nərminin nənəsi Minayə İsmayılovanın istintaqdakı ifadələri elan edilib.

Kənd sakinlərindən Adil Abdullayev bildirib ki, uşaq itkin düşdüyü gün səhər saat 9-dan axşam saat 18:00-a qədər Dondar Quşçuda qohum-qonşuya dəvətnamə paylayıb. Bu müddətdə küçədə nə Nərmini, nə də onu oğurlayıb öldürməkdə ittiham olunan İlkin Süleymanovu görüb.

Daha sonra Minayə İsmayılovanın ifadəsi elan edilib. O, ifadəsində göstərib ki, qızı Aynurə 2007-ci ildə Şərif Quliyevlə ailə qurub. Onun sözlərinə görə, kürəkəni Şərif Quliyevə ciyər xəstəliyilə əlaqədar əlillik təyin edilib.

M. İsmayılova bildirib ki, kürəkəninin anası Leybə Quliyeva ilə münasibətləri yaxşı deyil. Çünki illər öncə Leybə Quliyeva onun qızı Aynurəni iki uşaqla birlikdə evdən çıxarıb:

“Onda hələ üçüncü qız Şəhanə doğulmamışdı, Şəbnəm və Nərmin var idi. Şəhanə onlar mənim evimdə qalanda dünyaya gəldi. Bir müddət mənim evimdə, bir müddət kirayədə qaldılar. Sonradan mənim də dəstəyimlə ev tikib köçdülər. Bu hərəkətinə görə Leybə ilə danışmırdım”.

M. İsmayılova istintaqda dindirilərkən öz qızı Aynurə İsmayılova ilə də küsülü olub. Səbəbini isə belə izah edib:

“Hazırda qızım mənimlə küsülüdür. Mən bu məsələ ilə bağlı telekanallarda danışanda onun qayını Lətifdən şübhələndiyimi dediyim üçün qızım məndən küsüb. Nərmini sonuncu dəfə itkin düşməmişdən 7-8 gün əvvəl görmüşdüm. Hadisə baş verən gün Qovlar qəsəbəsində işdə idim. Qayıdandan sonra saat 19:00 radələrində Şəbnəm gəlib ki, Nərmin burada deyil? Dedim ki, yox. Çıxıb getdi. Gecə saat 1 radələrində qapım döyüldü, dedilər ki, polisdir. Bir neçə polis əməkdaşı evə daxil oldu, baxdılar. Sonra mən də onlarla birlikdə maşınla qızımgilə getdim. Orada eşitdim ki, günorta Arif əmisigilə gödəkçə aparıb verib, sonra keçib Lətifgildən də atasının gödəkçəsini götürüb, ondan sonra yoxdur. Bir müddət sonra Şəbnəm onun arxasınca gedib, deyiblər ki, dərhal çıxıb gedib. Şəbnəm qayıdanda onu bir sarı maşına mindirmək istəyiblər, minməyib”.

M. İsmayılovanın iş materiallarında daha bir ifadəsi elan edilib. Şahid həmin ifadəsində isə bildirib ki, hadisədən bir müddət əvvəl kürəkəni Şərif Quliyev sərxoş vəziyyətdə Aynurə İsmayılovanın işlədiyi kafeyə gələrək, onu bıçaqlamaq istəyib.

“Həmin vaxt qorxuya düşən Aynurə mənə zəng edib iş yerinə çağırdı. Mən taksi ilə qızımın iş yerinə getdim. Ora gedəndə yolda Şərif Quliyevi görüb çağırsam da, mənə əhəmiyyət vermədi. Aynurəni iş yerindən götürüb, birlikdə polis şöbəsinə getdik, orada ərinin Aynurə İsmayılovanın başına gətirdiklərini danışdıq. Bir neçə gün sonra yenidən polis şöbəsinə gedəndə Aynurə əri ilə barışdığını bildirdi”, – şahid deyib.

Məhkəmə prosesi iyulun 13-də davam edəcək.

İttihama görə, 1973-cü il təvəllüdlü İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 133.2.1 (oğurlanmış şəxsə əzab vermə), 133.2.4 (yetkinlik yaşına çatmayan, köməksiz vəziyyətdə olan şəxsə əzab vermə), 144-cü (adam oğurluğu) maddələrilə təqsirləndirilib.

O Nərmin Quliyevanı oğurlayaraq, 47 gün sonra qətlə yetirməkdə günahlandırılır.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Prezident İlham Əliyev İsrailin sabiq Baş nazirini qəbul edib – YENİLƏNİB

Next Post

Putin Ukrayna ilə kifayətlənməyəcək – BAYDEN

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
Putin Ukrayna ilə kifayətlənməyəcək – BAYDEN

Putin Ukrayna ilə kifayətlənməyəcək - BAYDEN

Bayramovla Lavrovun telefon danışığının detalları – YENİLƏNİB

Bayramovla Lavrovun telefon danışığının detalları - YENİLƏNİB

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.