"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Nəşi 8 ay sonra tapılan şəhid leytenantın atasını belə aldadıblar…

08 Aprel 2022 - 00:18
in CƏMİYYƏT, HADİSƏ

2020-ci ilin sentyabr ayında başlayan Vətən Müharibəsinin ilk günlərində şəhid olan, lakin nəşi 8 ay sonra tapılan leytenant Əli Yusifovun atası Süləddin Yusifov dələduzluğa məruz qalıbmış. Aylarla oğul həsrəti çəkən, qulağı övladının şəhid olması və ya sağ olması barədə istənilən xəbərdə olan atanı aldadan şəxs məhkəmə zalından azadlığa buraxılıb.

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Elchi.az xəbər verir ki, bu barədə “Müsavat” qəzeti məlumat yayıb.

Şəhid atası Süləddin Yusifovu hər kəs tanıyır. Ata oğlu itkin düşəndən sonra sosial şəbəkələr vasitəsi ilə tez-tez müraciətlər edirdi. Oğlunu görənlərdən, tanıyan hərbçi yoldaşlarından kömək istəyirdi. Onun müraciətləri mətbuat səhifələrində də dərc edilmişdi.

Süləddin Yusifov paylaşımlarının birində qeyd etmişdi ki, oğlunu yuxusunda görüb.

Şəhid atası qeyd edirdi ki, əsir düşən oğlu ondan kömək istəyir. Onun bu paylaşımı hər kəsi çox kövrlətmişdi. Lakin şəhid atası 8 ay sonra oğlunun şəhadət xəbərini aldı.

Elə həmin ərəfələrdə- Süləddin Yusifovun oğlunun əsir düşməsinə, sağ olmasına ümid etdiyi ərəfədə həmyerlisi Natiq Abbasov bunu fürsət bildib. Süləddin Yusifova oğlunun əsir düşdüyünü, onu əsirlikdən qurtarmaq üçün pul lazım olduğunu deyib.

Natiq Abbasov oğlundan gələcək hər xəbərə həssas olan ataya deyib ki, Əli Füzulidə, Horadizdə yaralanıb. Onunla birlikdə 6 nəfər də yaralı olub. Yaralıları xəstəxanaya gətirən maşın havanın dumanlı olması səbəbindən ermənilərin yerləşdiyi posta gedib.

Bu yalanlarına Süləddin Yusifovu inandıran Natiq Abbasov hissə-hissə olmaqla 1705 manat pulun öz kartına köçürülməsinə nail olub. Həmin pulları şəxsi ehtiyaclarına xərcləyərək Süləddin Yusifova qarşı dələduzluq edib.

Bu əməlinə görə Natiq Abbasov axtarışa verilərək həbs edilib. Şərur Rayon Məhkəməsinin hökmü ilə Natiq Abbasov 2021-ci ilin oktyabrında 4 il müddətinə azadlıqdan məhrum edilib. Cəzadan apelyasiya şikayəti verən Natiq Abbasov dünən məhkəmə zalından azadlığa buraxılıb.

Məhkəmə onun səhhətindəki problemi, şəhid atasının onu bağışlamasını, zərəri tam olaraq ödəməsini nəzərə alıb. Onun cəzası şərti hesab edilib və məhkəmə zalından azadlığa buraxılıb.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Britaniya yeni nüvə reaktorları tikməyi planlaşdırır

Next Post

Rəşad Mahmudov: Avropa İttifaqının sülh təşəbbüsü mühüm hadisədir

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

06 May 2024 - 10:58

Ukrayna Silahlı Qüvvələri pilotsuz uçuş aparatları (PUA) ilə Rusiyanın Belqorod vilayətinə hücum edib. Elchi.az xəbər verir ki, bu barədə TASS...

Next Post
Rəşad Mahmudov: Avropa İttifaqının sülh təşəbbüsü mühüm hadisədir

Rəşad Mahmudov: Avropa İttifaqının sülh təşəbbüsü mühüm hadisədir

Azərbaycan nefti kəskin UCUZLAŞDI

Azərbaycan nefti kəskin UCUZLAŞDI

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.