Ana südünün xeyli hissəsini- 80%-dən çoxunu su təşkil edir. Bu, adi yox, bioloji aktiv sudur və ona görə də uşaq orqanizmi tərəfindən daha yaxşı mənimsənilərək onun suya olan tələbatını tam şəkildə təmin edir. Hətta ilin ən isti aylarında belə gün ərzində daha tez-tez ana südü əmməklə uşaq mayeyə olan tələbatında əskiklik hiss etmir, bədənin yanğı hissindən və susuzlaşmasından əziyyət çəkmir. Məhz buna görə pediatrlar yalnız ana südü ilə qidalandırılan uşaqlara (ilk 6 ayınadək) əlavə mayelərin verilməsini məsləhət görmürlər. Uşaq orqanizminin xeyli dərəcədə susuzlaşması ilə müşahidə olunan bəzi hallarda bu, istisnadır. Məsələn, qusma, diareya, yüksək hərarətlə müşahidə olunan xəstəliklər zamanı uşaqlara əlavə mayelərin verilməsi zəruridir.
Sabah Bakıya yağış yağacaq
Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...






