
“Qafqazinfo”nun məlumatna görə, sosial şəbəkədə xalq artisti ilə fotosunu paylaşan müğənni Kərimovaya barışıq əlini uzadıb:
“Mən kinli adam deyiləm. Allah hamıya ürəyinə görə versin. Mən bu xanımı sevirəm. Bilirəm ki, o da məni çox istəyir”.
Qeyd edək ki, “Nanəli” verilişində “Maral, maral” mahnısının tənqid olunması Nadir Qafarzadəni özündən çıxartmışdı və ifaçı verilişi tərk etmişdi. Flora Kərimova isə Qafarzadəyə iradını bildirmişdi.



