"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Nalbandyan vacib məqamları unudub”

19 Sentyabr 2014 - 22:35
in GÜNDƏM, ÖNƏMLİ, SİYASƏT

“Dağlıq Qarabağ regionunun azərbaycanlı və erməni icması Azərbaycanın sərhədləri daxilində öz img1637960müqəddəratını müəyyən edə bilər”

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Ermənistan XİN başçısı Edvard Nalbandyanın Şotlandiyadakı referendum və xalqların müqəddəratını təyin etməsi barədə dediyi fikirlər bu məsələni Qarabağın işğalı ilə əlaqələndirmək və Ermənistanın cinayətlərini pərdələmək cəhdidir.
Bunu APA-ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev deyib. O qeyd edib ki, Azərbaycan beynəlxalq hüququn prinsiplərindən olan xalqların öz müqəddəratını təyin etməsinə və öz iradəsini ifadə etməsinə hörmətlə yanaşır: “Amma xalqların öz müqəddəratını təyin etməsi işğal, təcavüz və qanlı etnik təmizləmə əsasında və mərkəzi hökumətin icazəsi olmadan həyata keçirilə bilməz. Eləcə də onun ifadəsi dövlətlərin ərazi bütövlüyünə xələl gətirməməlidir”.
XİN rəsmisi qeyd edib ki, Ermənistan tərəfindən beynəlxalq hüququn norma və prinsipləri və BMT nizamnaməsi kobud şəkildə pozulması, Azərbaycanınm 20 faiz ərazilərinə hərbi təcavüz edilməsi diqqətdən qaçmamalıdır: “Bir milyondan artıq azərbaycanlı öz doğma torpaqlarından qovularaq qaçqın və məcburi köçkün halına salınıb, işğal olunmuş ərazilərdə mülki Azərbaycan əhalisinə qarşı insaniyyətə qarşı cinayətlər və qanlı etnik təmizləmə törədilib. Belə olduğu Ermənistan-Azərbaycan münaqişəsi kontekstində E.Nalbandyanın insan hüquqları, demokratik azadlıqlar və xalqların öz müqəddəratından danışmağa siyasi, hüquqi və mənəvi haqqı yoxdur. Çünki bu prinsipin əsasını təşkil edən zəmin tam şəkildə pozulub”.
 H.Hacıyev bildirib ki, Ermənistanın halında xalqların öz müqəddəratını təyin etmək prinsipinin bəhanə gətirilməsi Azərbaycana qarşı törədilmiş işğal və təcavüzə görə Ermənistanın daşıdığı məsuliyyətin uğursuz formada pərdələnməsi və haqq qazandırılması cəhdidir. “Ermənistan xarici işlər nazirinə xatırlatmaq istərdik ki, Helsinki Yekun Aktında bərabər hüquqlar və xalqların öz müqəddəratından bəhs edilərkən, BMT nizamnaməsinin məqsəd və məramlarına, beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə də dövlətlərin ərazi bütövlüyünə hörmət edilməsi tələb olunur. Eyni zamanda zor tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdlərinin qəbuledilməzliyi Helsinki Yekun Aktında təsbit olunub”– deyə nazirlik rəsmisi qeyd edib.
O əlavə edib ki, münaqişənin həlli üçün əsas maneə Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində fiziki mövcudluğudur: “Ermənistanın işğalçı qüvvələri Azərbaycan ərazilərindən çıxarıldıqdan və azərbaycanlı qaçqın və məcburi köçkünlər öz doğma yurdlarına qayıtdıqdan, kommunikasiyalar və etimad mühiti bərpa edildikdən sonra Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunun azərbaycanlı və erməni icması Azərbaycanın sərhədləri daxilində öz müqəddəratını müəyyən edə bilər. Etimad tədbirləri də ilk növbədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərdən çıxarılması ilə başlamalıdır. Rəsmi Yerevan yalan və iftiralarla öz xalqını və beynəlxalq ictimaiyyəti aldatmaq cəhdlərinə və təxribatçı əməllərə son qoymalı, konstruktiv və sivil qaydada münaqişənin həlli istiqamətində konkret addımlar atmalıdır”.

 

Tags: SAVAŞ
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Kim Kardaşyanın 2 milyon dollarlıq bacısı – FOTOSESSİYA

Next Post

XİN-in mətbuat xidmətinin yeni rəhbəri

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Next Post

XİN-in mətbuat xidmətinin yeni rəhbəri

Polşadan Ukraynaya şok mesaj: “Bizə ümid etməyin!”

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.