"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Naməlum şəxslər metro girişini «budka» ilə işğal etdilər

23 Dekabr 2014 - 18:43
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

a4507ac4a72f“Bakı metrosunun “Həzi Aslanov” stansiyasının çıxışında gecə saatlarında naməlum bir «budka» yerləşdiriblər. Yolumuzun böyük hissəsini bağlayıblar”. 
Bu sözləri musavat.com-a həmin ərazidə yaşayan sakinlər deyiblər.
Sakinlər bildirirlər ki, dünən gecə saatlarında naməlum şəxslər metal konstruksiyalı bu «budka»nı metronun çıxışında quraşdırıblar.
Adıçəkilən ərazidə olduğumuz müddətdə sakinlər bizi görən kimi şikayətlənməyə başladılar: «Mən dünən gecə saat 11-də buradan keçib, evimə getmişəm. Heç nə yox idi. Sonradan gətirib, qoyublar. Burada belə şey olmaz, axı… Yolumuzu bağlayıblar. Hələ bu «budka»nı nə məqsədlə istifadə edəcəklərini də bilmirik. Onsuz da həftəsonları burada bazar açırlar, bircə bu çatmırdı…
Kim nə istəyirsə, onu da edir. Kimin pulu varsa, qanunu da satın ala bilir. Hər yeri rahat şəkildə satırlar və alırlar. İndi də buranı satıblar? Ümumiyyətlə, buranı bazara çeviriblər. Həftəsonları yolu bağlayıb, bazar açırlar. Getdikcə yolun hər tərəfini satırlar. Evimizə gedib-gəlmək üçün zülm çəkirik. Metro stansiyasının  girişini də zəbt etdilər. Daha hara qalıb? Bir gün yuxudan oyananda bu «budka»nı gördük, sabah da görərik ki, binamızı başqa yerə köçürüblər. Ya da evimizi başqasına satıblar. Hər şey ola bilər. Özbaşınalıqdır…»
Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevlə əlaqə saxladıq: «Bizdə də elə bir məlumat var. Kimsə gecə vaxtı gətirib, o «budka»nı oraya qoyub. Əməkdaşlarımız ərazidə olublar və maraqlanıblar. Amma «budka» sahibinin kim olduğunu hələlik öyrənə bilməmişik. «Budka» metroya giriş və çıxışa da mane olur. Ona görə də, biz də bu məsələni araşdıracağıq».
Xətai Rayon İcra Hakimiyyəti ilə də əlaqə saxladıq. İcra Hakimiyyətindən telefonumuza cavab verən növbətçi bildirdi ki, seçkilərlə bağlı qeyri-iş günü olduğu üçün bu haqda məlumat verə biləcək heç kim yoxdur.
Xatırladaq ki, adıçəkilən ərazi ilə bağlı bu ilk şikayət deyil. Məhəmməd Hadi küçəsi hər həftənin sonlarında hər iki tərəfdən qapadılaraq, bazara çevrilir. Bu da həmin ərazidə yaşayan sakinlərin haqlı etirazlarına səbəb olub. Bu haqda bir neçə dəfə sayt və qəzetimizdə xəbər vermişik. Amma hələ də Xətai Rayon İcra Hakimiyyəti şikayətlərə biganə yanaşmaqda davam edir.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Hicablı xanım CHP-dən qovuldu

Next Post

Rusiya qaz ixracını azaldır

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Rusiya qaz ixracını azaldır

BMT-dən Bakını üzən cavab

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.