"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Namərd gülləsi

12 İyul 2018 - 17:04
in CƏMİYYƏT, MANŞET

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Image result for elmar veliyev
Namərdlik bütün dövrlərdə və bütün xalqlarda ən alçaq, ən rəzil keyfiyyət kimi qəbul olunub. Eyni torpağın, eyni vətənin, eyni millətin övladından namərdlik görəndə isə bu, daha ağır, daha dözülməzdir. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə güllə atan Yunis Səfərov isə təkcə namərd deyil, qatı cinayətkardır, terrorçudur.
Hadisə baş verəndən ta indiyə qədər minlərlə, yüz minlərlə insan kimi, məni də bir məsələ çox düşündürür. Xarici ölkə vətəndaşı olan, Azərbaycanda yaşamayan  və icra başçısı ilə əlaqəsi olmayan bir insan nə üçün birdən-birə silaha əl atmalıdır? Sağlam məntiq bir daha sübut edir ki, Yunis Səfərovun Elmar Vəliyevdən hər hansı narazılığına və qisas almasına heç bir səbəb ola bilməz.
Yuxarıdakı sualı bir daha təkrar etməli oluruq. Hər halda, belə bir qanlı hadisəyə hansısa digər ciddi və əsaslı səbəb olmalıdır. Bəs, o səbəbi harada axtarmalı?
Əslində, bu sualın cavabı Yunis Səfərovun özündə, onun keçirdiyi həyat yolunda, törətdiyi cinayət əməllərindədir. Belə yerdə yaxşı deyiblər: Yağış bütün izləri yuyub apara bilmir. Yunis Səfərovu Gəncəyə gətirən izlər isə çox yerlərə gedib çıxır.
Aparılan araşdırmalar və xüsusi xidmət orqanlarının əldə etdiyi təkzibolunmaz faktlara əsasən, deyə bilərik ki, Yunis Səfərov çoxdan dini ekstremist cərəyanların toruna düşmüş cinayətkardır. Azərbaycanda dini dövlət yaratmaq, bu yolda ən radikal tədbirlərə belə əl atmaq, hakimiyyəti silahlı üsyan yolu ilə devirmək, terror və ixtişaşlar törətmək onların başlıca məqsədidir. İndi tam təsdiqini tapmışdır ki, Yunis Səfərov bu məqsədlə dəfələrlə xarici ölkələrdə olmuş, xüsusi təlimlər keçmiş və müvafiq tapşırıqlar almışdır.
Hadisənin məhz həmin gecə – qəza nəticəsində respublika ərazisində, o cümlədən Gəncədə işıqların sönməsi ilə eyni günə düşməsini təsadüfi hesab etmək olarmı? İnanırıq ki, hüquq-mühafizə orqanları əməliyyat-istintaq nəticəsində belə qaranlıq məqamlar üzərinə işıq salacaq.
Nəhayət, bir mətləbə aydınlıq gətirək: nə üçün namərd gülləsi məhz Elmar Vəliyevə tuşlanıb? Bizcə, burada cavab çox sadədir. Elmar Vəliyev və onun ailəsi ölkə Prezidenti cənab İlham Əliyevə sonsuz sədaqəti, ehtiram və məhəbbəti ilə iqtidar komandası arasında  xüsusilə seçilib. Bu sədaqət, inam və etibar hələ ümummilli lider Heydər Əliyev respublikaya rəhbərlik etdiyi illərdə, eyni zamanda, sonrakı dövrlərdə də dəfələrlə təkcə sözlə yox, bilavasitə əməli işlə sübut olunub.
Mən burada ölkə Prezidenti İlham Əliyevin Yevlaxa və Gəncəyə səfərləri zamanı görülmüş işlərə, həyata keçirilən iri layihələrə, dinamik inkişaf  və yüksəlişə verdiyi qiymətləri xatırlayıram. Respublika rəhbəri Yevlaxa səfərlərinin birində deyib: “Bu gün Yevlax Avropanın ən qabaqcıl şəhərlərindən bir addım geri qalmır”.
Prezident Gəncədə görülüb başa çatdırılmış işləri isə “möcüzə” adlandırıb. Hər iki şəhərdə aparılan genişmiqyaslı tikinti-quruculuq və abadlıq işlərinə, icra hakimiyyəti başçısı Elmar Vəliyevin yüksək təşkilatçılıq və idarəetmə qabiliyyətinə, iş üsul və metodlarına bundan yüksək qiymət ola bilərmi? Axı, az qala, əsrə bərabər inkişaf və yüksəliş, abadlıq və müasirlik hamının  gözü qarşısında baş verib. Bunları görməmək olarmı? Yox, əgər kimlərsə görə bilmirlərsə, onda bədxahlıq gözlərini tutub.
Belə bir insana, belə bir rəhbər işçiyə güllə atmaq olarmı? Yəqin, indi Yunis Səfərov etdiyi cinayətin fərqindədir, soyuq başla düşünə bilir, havadarlarının onu ara yerdə güdaza verdiklərini anlayır. Ancaq artıq gecdir. Qoy onun bu bədnam, xain aqibəti müstəqilliyimizi, azadlığımızı gözü götürməyənlərə – düşmən qüvvələrin aldadıcı vədlərinə uyub onların təsiri altına düşənlərə bir ibrət dərsi olsun.
Təəccüb və təəssüf doğuran bir məsələyə də münasibət bildirmək istəyirik. Bu da sosial şəbəkələrdə  baş vermiş hadisələrin əsl səbəblərini və mahiyyətini  bilməyən, həqiqətdən çox-çox uzaq olan, məsələyə heç bir dəxli olmayan  bəzi üzdəniraq insanların “fəallığıdır”. Hər kəs, əlbəttə, baş verən hadisələrə münasibətini bildirə bilər. Lakin bir şərtlə: obyektivlik hissini itirmədən, ağa qara demədən, sübyektivlik və qərəzkarlıq göstərmədən, yalan danışmadan, böhtan atmadan. Əks təqdirdə, bu, hiddət və nifrət yaradır.
Sosial şəbəkələrdə ölkəmizə düşmən dairələrin əlində alət olmuş xəyanətkar yazarlar, kimliyi bəlli olmayan söz pəhləvanları Gəncədə baş vermiş silahlı hücum hadisəsinin ətrafında yalan təbliğatla qalmaqal yaratmağa çalışırlar. Ekstremist-terrorçunun kənar sifarişlə yerinə yetirdiyi adam öldürmə cəhdinin, guya, məmur özbaşınalığına qarşı ictimai narazılığın təzahürü olduğunu iddia edənlərin hansı arqumentlərə əsaslandıqları məlum deyil. Gəncə şəhərində aparılan nümunəvi quruculuq işləri ilk gündən geniş ictimai rəğbət və dəstəklə müşayiət olunur. Elmar Vəliyev daim irili-xırdalı problemlərin həll edildiyi ünvanlarda, sadə insanların arasındadır. Əvvəldə də dedik ki, onun üstünə hücum çəkən adamın Gəncə ilə hansısa bağlılığı, mübahisəli məsələsi yoxdur.
Dəfələrlə müşahidə edildiyi kimi, ölkədə hansısa arzu­olunmaz hadisə baş verən kimi öz məhdud, çirkin  maraqları naminə ara qarışdırmaq istəyən qüvvələr sosial şəbəkələrdə fəallaşır, obyektiv gerçəkliyə heç bir dəxli olmayan yalan, qərəz dolu mülahizələrlə xalqı çaşdırmağa, ictimai sabitliyi pozmağa çalışırlar. Hamı yaxşı bilir ki, ötən illərdə ölkəmizdə sabitlik  necə çətinliklə yaradılıb. Sabitlik bütün uğurlarımızın davamı, problem və çətinliklərin həlli üçün ilkin zəruri şərtdir. Xalqımız bir də heç vaxt başıpozuqluğa imkan verməz. Odur ki, belə yalan, böhtan püskürən, mənbəyi şübhəli və statusu bəlli olmayan qara informasiya kanalları geniş kütləni ciddi narazı salır, hamını narahat edir.
Axı kütləvi auditoriyada yayılan məlumat həqiqəti əks etdirməli, ictimai rəydə düzgün təsəvvür yaratmalıdır. İndi isə caninin özünün də etiraf etdiyi terror hadisəsinə hansı rəngi istəsələr verirlər. Terroru dəstəkləməyin, terrorçunu “qəhrəman” kimi qələmə verməyin özü də mənəvi bir cinayət, cəmiyyətə qarşı pozucu fəaliyyətdir. Ona görə də sosial şəbəkələrdəki sabitlyi pozmağa yönəlik belə yaramaz çağırışların qarşısı qanunun tələblərinə uyğun olaraq qətiyyətlə alınmalıdır.
Sonda öz xalqını, öz Vətənini sonsuz məhəbbətlə sevən, onun inkişafı və tərəqqisi yolunda yorulmadan çalışan, həyatının mənasını qurmaqda, yaratmaqda görən mərd, ləyaqətli və cəsur insan kimi tanıdığımız və sevdiyimiz Elmar Vəliyevə Allahdan şəfa diləyir və onun tezliklə sağalıb öz işinə qayıtmasını arzulayırıq.
Ziyəddin SULTANOV, 
Əməkdar jurnalist
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Yağış yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Next Post

Sabiq prokuror qızının səyahət fırıldaqları – DƏLƏDUZLUQ

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Next Post
Sabiq prokuror qızının səyahət fırıldaqları – DƏLƏDUZLUQ

Sabiq prokuror qızının səyahət fırıldaqları - DƏLƏDUZLUQ

Bu il Azərbaycan elektrik enerjisinin ixracını 2 dəfə artırıb

Elektrik enerjisinin təchizatında 27 faiz məhdudiyyət tətbiq olunub - "Azərenerji"

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.