Fransada 1804-1815-ci illər arasında hakimiyyətdə olan İmperator Napoleon Bonapartın geyindiyi papaq bu gün Fransanın paytaxtı Parisdə hərraca çıxarılacaq.
Elchi.az bu barədə Nbcnews.com-a istinadən xəbər verir.
Qiyməti 600 min avrodan 800 min avroya qədər olan məşhur papağı Parisdə yeni sahibini tapacaq. Hərraca papaqdan əlavə Napoleona məxsus digər şəxsi əşyalar da daxil olacaq.
Hərracı təşkil edən Jean Pierre Osenat qeyd edib: “İnsanlar bu papağı hər yerdə tanıyacaqlar. Döyüş meydanlarında görəndə Napoleonun orada olduğunu biləcəklər”.
Qeyd edək ki, Napoleonun bu tipdə təxminən 120 papağı olub, lakin onlardan yalnız 20-i günümüzə qədər gəlib çatıb.
Yeganə





