"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Napoleon deyirdi ki, müharibəni süngü ilə yox, qızılla udurlar”

15 Aprel 2016 - 11:03
in XƏBƏR LENTİ

 

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

publika.az1413888956publika.az1396612855qudret2

Qüdrət Həsənquliyev: “Xankəndində daş-daş üstündə qalmayacaq”

“Biz hazırda diqqəti daha çox Rusiya ilə danışıqlara yönəltməliyik. Çünki bu proseslərdə Ermənistan önəmli rol  oynamır. Ermənistan güzəştə getməsə, Rusiya üç gün yox, bir həftə gözünü yumacaq və biz bu  məsələni başqa müstəvidə yoluna qoyacağıq”.

Milli Məclisin deputatı Qüdrət Həsənquliyev bu fikirləri “Yeni Müsavat”a açıqlamasında deyib. Qarabağdakı toqquşmalardan sonra düşmən ölkədə hökm sürən anti-Rusiya ovqatını və Moskvanın sükutunu dəyərləndirən deputatın fikrincə, Rusiya da çox gözəl başa düşür ki, Ermənistanda Rusiya əleyhinə müəyyən çağırışlarda məqsəd nədir: “Ermənistan istəsə də belə, Rusiyanın orbitindən kənara çıxa bilməz”. 

Q.Həsənquliyev Ermənistanla danışıqlarda ərazi mübadiləsi təşəbbüsü ilə çıxış etməyi də mümkün sayır:“Mən  hesab edirəm ki, Azərbaycan Ermənistanla ərazi mübadiləsinə də gedə bilər. Yəni Dağlıq Qarabağın Ermənistana verilməsi qarşılığında Zəngəzurun yenidən Azərbaycana qaytarılması Naxçıvanla Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunmasına gətirib çıxara bilər. O halda bizim Gürcüstana da ehtiyacımız azalar. Biz birbaşa Türkiyəyə çıxış əldə edə bilərik, Qars-İqdır dəmir yolu ilə Türkiyə üzərindən birbaşa Qara dənizə çıxmaq imkanı qazanarıq. Azərbaycan bu məsələni də gündəmə gətirə bilər. Amma  əminəm ki, Azərbaycan  bir santimetr torpağını belə Ermənistana güzəştə getməyəcək. Bizim ağıllı davranışlarımız,  inadkarlığımız və tələbkarlığımız öz sözünü deyə bilər. Yəni birmənalı mövqe sərgiləsək ki, Azərbaycanın ərazi bütövlüyünə, beynəlxalq hüquqa hörmət olunmalıdır, o halda biz ərazi bütövlüyümüzü bərpa edə bilərik”.

Deputatın sözlərinə görə, Azərbaycan xalqını müharibəyə hazırlamaq lazımdır: “Böyük itkilərin olacağı təqdirdə xalqımızın bunu anlayışla qarşılaması üçün müəyyən iş aparılmalıdır. 1941-45-ci illərdə Azərbaycanın əhalisi 3 milyona yaxın idi. Amma o vaxt biz 300 min itki verdik, özü də Rusiyanın, Avropanın çöllərində. Amma bütün dünya bilməlidir ki, biz nə qədər itki versək də, torpaqlarımızın təsliminə razı olmayacağıq”.

Q.Həsənquliyev daha ciddi təhlükələrə hazır olmağı zəruri sayır: “Biz hətta bunu da gözümüzün qabağına almalıyıq ki, sabah Ermənistan-Rusiya cütlüyünə qarşı da vuruşa bilərik. Ancaq indi bu müharibə Rusiyaya lazım deyil. Çünki Ukraynada müharibə hər an alovlana bilər. Moldovada, Gürcüstanda vəziyyət kövrək olaraq qalır. Rusiya ilə Azərbaycan arasına pis-yaxşı qarşılıqlı hörmətə əsaslanan ən azı prezidentlər səviyyəsində anlaşma var. Sonuncu hadisələrdə də gördük ki, Rusiya özünü sözün həqiqi mənasında pis aparmadı. Ona görə də biz əsas diqqəti Rusiya ilə münasibətlərə yönəltməliyik. Biz çalışmalıyıq ki, bu konflikdə Rusiyanın maraqları təmin olunsun, nəinki Ermənistanın.

Bunun üçün də biz Lavrovun dilə gətirdiyi həm Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü ola bilərik, həm də Avrasiya İqtisadi Birliyinin. Ancaq birmənalı şəkildə sonuncu erməni əsgəri Azərbaycan torpaqlarından çıxandan sonra. Yəni söhbət sülh sazişinin imzalanmasından gedir. Bir sülh sazişi imzalanır, orada Ermənistan Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə tanıyır. Belə bir saziş imzalanmadan hansısa sülhməramlının – istər ingilis, istər fransız, istər rus olsun – Azərbaycan ərazilərinə buraxılması birmənalı şəkildə Dağlıq Qarabağın itirilməsi deməkdir. Bunun başqa bir adı yoxdur”.

“Gözümüzün qabağına almalıyıq ki, sabah Ermənistan-Rusiya cütlüyünə qarşı vuruşa bilərik”

Q.Həsənquliyev hesab edir ki,  cəbhədə baş verən son hadisələr ölkəmizdə islahatlar məsələsini arxa plana keçirmədi, hətta bir  az da aktuallaşdırdı: “Biz gördük ki, son əməliyyatlarda üstünlüyü məhz ölkəmizin iqtisadi gücü hesabına əldə etmişik. Məhz bu gücün hesabına müasir silahları ala, müasir ordu qura bilmişik. Yəni bundan sonra ordunun daha da gücləndirilməsi  üçün güclü iqtisadiyyat lazımdır. Vaxtilə Napoleon kimi böyük sərkərdə deyirdi ki, müharibəni süngü ilə yox, qızılla udurlar. Ona görə də vaxtilə o, Fransanın böyük ərazilərini Amerikaya satdı ki, müharibəni aparmaq üçün qızıl əldə etsin. Bu baxımdan Azərbaycanda sürətlə və ardıcıl şəkildə iqtisadi və məhkəmə islahatları, eyni zamanda siyasi islahatlar aparılmalıdır.  Ordunu müasir silahlarla təchiz edə, maliyyələşdirə bilməsək, qələbə qazanmağımız da çox çətin olar. Bunu isə yalnız və yalnız güclü iqtisadiyyat təmin edə bilər. Baxın, İsrail 8 milyonluq balaca ölkədir, Azərbaycandan da kiçikdir, amma yeri gələndə bütün dünyaya meydan  oxuyur, hətta 80 milyonluq, özündən on dəfə böyük İrana da. Hərbi gücü və müttəfiqləri hesabına. Azərbaycan da bu istiqamətdə çalışmalarını artırmalıdır”.

Deputat hesab edir ki, indiki mərhələdə Azərbaycan həm Pakistan, həm də Türkiyədən müasir silahlar almalıdır: “Təbii ki, şimal qonşumuzla da hərbi əməkdaşlığı dayandırmamalıyıq. Dediyim kimi, Qarabağ məsələsinin böyük itkilərdən yayınmaqla həll olunması naminə biz Rusiya ilə də əməkdaşlığımızı, ondan silah alışını davam etdirməliyik. Məsələn, Rusiya Ermənistana aşağı faizlə 250 milyon dollar kredit verir ki, ondan silah alsın. Ermənistan bu vəsaiti 15 ilə ödəyəcək. Bu gün Türkiyənin imkanı var ki, Azərbaycana 250 yox, 500 milyonluq müasir silahlar versin. Biz bilirik ki, Türkiyənin NATO standartlarına cavab verən çox güclü, müasir raket sistemləri var. O sistemləri almaq və Dağlıq Qarabağ ətrafında elə bir güc yaratmaq  lazımdır ki, erməni başa düşsün ki, bu sistemlər işə düşəcəyi təqdirdə, onları kimin müdafiə etməsindən asılı olmayaraq, Xankəndində daş-daş üstündə qalmayacaq. Hesab edirəm ki, Azərbaycan belə bir təşəbbüslə mütləq və mütləq qardaş Türkiyəyə açıq formada müraciət etməlidir. Eyni zamanda Pakistandan da müasir silahlar almaq olar. Bu ölkənin də çox güclü hərbi sənayesi var və Pakistan hər dəfə bildirib ki, Azərbaycana yardım göstərməyə hazırdır. Həmçinin İrandan da silah almaq olar.  İranda da hazırda müasir silahlar, raket kompleksləri var. Həm də dostu sınamaq lazımdır, baxaq, görək, bunların hansı uzunmüddətli, yaxud hansı şərtlərlə bizə o silahları verir”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Kerri: “Rusiya təyyarələrini vurmaq haqlı olardı”

Next Post

“Stadler” Rusiya üçün nəzərdə tutulmuş 5 qatarı Azərbaycana satıb

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

"Stadler" Rusiya üçün nəzərdə tutulmuş 5 qatarı Azərbaycana satıb

“Azərbaycan ordusu İrəvana qədər gedər, əgər...”

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.