"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Nardaranda meydan boşaldıldı, barrikadalar söküldü – son gəlişmələr

30 Noyabr 2015 - 08:33
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Nardaranda meydan boşaldıldı, barrikadalar söküldü – son gəlişmələr

Ölkəni həyəcanda saxlayan hadisələr sönməyə üz tutur; Kənd ağsaqqallarının toplantısında yekun qərar verildi; sakinlər işıq, su məsələsini həll edəcəyinə, yollardakı postların götürüləcəyinə ümid edirlər; Məşədi Natiq: “Məsələ dinc yolla həllini tapmalıdır…”

 
Neçə gündür ölkəni gərginlikdə və həyəcanda saxlayan Nardaran hadisələri ətrafında xoşagəlməz proseslər nəhayət ki, səngiməyə üz tutmaqdadır. Dünən kəndin “Hüseyniyyə” məscidində vəziyyətlə bağlı keçirilmiş toplantı hər halda belə söyləməyə əsas verir. 
Musavat.com-un operativ məlumatlarının xronikasından görünür ki, toplantıda xeyli sayda sakin iştirak ediblər. Çıxış edən Nardaran Ağsaqqallar Şurasının sədri məşədi Natiq Kərimov məsələnin dinc yolla həll olunması təklifini verib. Bu məqsədlə o, hazırda “İmam Hüseyn” meydanın boşaldılması və meyitlərin alınması təşəbbüsünü irəli sürüb: “Bu mənim təklifimdir. Dinc yolla həll edək. Ölülərimizi alaq. Dəfn edək. Biz birik, birliyik. Bu kəndin birliyini heç kim poza bilməz. Qərarımız bir olsun”.
Məsciddə digər ağsaqqalların, dindarların fikirləri də dinlənilib. Onlar da çıxışlarında deyiblər ki, hökumətin təklifi dəyərləndirilməlidir. Çıxışçıların sözlərinə görə, hökumətdən gələn təklif “İmam Hüseyn” meydanın boşaldılması və bundan sonra cənazələrin geri qaytarılmasıdır.
Bildirilib ki, meyitlər verildikdən sonra 5 nəfər kənd ağsaqqalı hökumət nümayəndələri ilə danışığa gedəcək. “İmam Hüseyn” meydanının boşaldılmasnın ardınca ağsaqqallar hökumətin işıq, su məsələsini həll edəcəyini, yollarda qurulan postların götürüləcəyinə ümid edirlər.
Müzakirələrin sonunda yekun qərar verilib, meydan boşaldılıb, qəsəbənin mərkəzində qurulmuş çadır sökülüb, sakinlərin böyük əksəriyyəti evlərinə dağılışıb. Lakin bir neçə nəfər hökumətin danışıqlarda necə mövqe göstərəcəyindən ehtiyatlanır. Onlar bu danışıqlara heç kimin qaranti verməməsindən narahatdırlar.
*****
“Nardarandakı silahlı insident nəticəsində ölənlərin cənazələrinin sabah (bu gün-red.) ailələrinə təhvil veriləcəyi gözlənilir”. Bu barədə APA-ya kənd sakini Mehman Məmmədov məlumat verib. O, qəsəbə sakinlərini təxribata uymamağa, heç bir qüvvənin vasitəçisinə çevrilməməyə çağırıb.
Qeyd edək ki, qanlı toqquşmada ikisi polis əməkdaşı, yerdə qalanları isə Nardaran sakini olmaqla 6 nəfər həlak olub. Silahlı insidentlə bağlı ilahiyyatçı Hacı Taleh Bağırovla birgə ondan çox adam saxlanılıb. 
Atışmada dünyasını dəyişən polis əməkdaşları – Vüqar Nəsibov və İsmayıl Tağıyev II Fəxri Xiyabanda dəfn ediliblər. Prezident İlham Əliyev onların ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Hadisə ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə açıqlamasında qeyd olunub ki, respublikada ictimai-siyasi sabitliyi pozmağı, təxribatlar, kütləvi iğtişaşlar, terrorçuluq aktları törətməyi planlaşdıran və din pərdəsi altında fəaliyyət göstərən silahlı cinayətkar dəstə barədə Daxili İşlər Nazirliyinə daxil olmuş məlumat əsasında əməliyyat keçirilib.
*****
 
Qəzet çapa gedərkən “Yeni Müsabat”ın və müsavat.com-un Nardaranda olan əməkdaşı xəbər verdi ki, artıq qəsəbədə  barrikadalar sökülür, mərkəzdəki “İmam Hüseyn” meydanı boşaldılır. Meydana texnika gətirilib, burada yığılan daşlar təmizlənir. Çadırlar sökülür. Kənd meydanında olan insanların dağılması üçün ağsaqqallar və dindarlar çağırışlar edirlər. Meydan yavaş-yavaş boşaldıllr…
 
İlkin Muradov
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

BMT baş katibindən Ərdoğana və Putinə çağırış

Next Post

Zakir Nuriyev: “Kredit borcu yalnız o halda bağışlana bilər ki…”

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Zakir Nuriyev: "Kredit borcu yalnız o halda bağışlana bilər ki..."

“Türkiyə Qarabağda antiterror əməliyyatına başlaya bilər”

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.