"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Nardaranda quruculuq işləri davam edir

15 Dekabr 2015 - 08:43
in XƏBƏR LENTİ

 

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 

Prezident İlham Əliyevin imzaladığı sərəncam əsasında Sabunçu rayonunun Nardaran qəsəbəsinin abadlaşdırılması, sosial-mədəni infrastrukturun yenilənməsi, həmçinin sosial problemlərinin həlli məqsədilə dövlət büdcəsindən 12 milyon manat məbləğində vəsait ayrılıb. Hazırda sözü gedən sərəncamın icrası məqsədilə qəsəbədə genişmiqyaslı işlərə başlanılıb. Görüləcək tədbirlərə qəsəbə ərazisində bir sıra sosial-inzibati binaların inşası da daxildir.  Hazırda Nardaranda yeni polis bölməsinin inzibati binasının inşası davam edir.

“Nardaran qəsəbəsinin “İmam Hüseyn” meydanında burada yerləşəcək polis bölməsi üçün yeni inzibati binanın inşası tam sürətlə davam etdirilir. Fəhlələr işlərin yaxın vaxtlarda, yüksək keyfiyyətlə başa çatdırılacağını bildirirlər”.

Qəsəbənin yolları da diqqətdən kənarda qalmayıb. “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Abşeron və Nəsrulla Cəfərov küçələrində yollar təmir olunur və yeni asfalt örtüyü çəkilir. “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli iki küçənin uzunluğunun 3 kilometrə yaxın olduğunu deyir:

“Ümumilikdə, qeyd edim ki, bu iki küçənin uzunluğu təqribən 3 kilometrə yaxındır. Burada küçələrin biri 18, digəri isə 16 metr genişləndiriləcək. Hazırda genişləndiriləcək sahəyə düşən obyekt və yaşayış sahələrinin sökülməsi işləri aparılır. Bundan sonra həmin küçə tam müasir görkəm alacaq. Bundan başqa yollarda işıqlandırma sistemi də yeniləcək”.

Qurum rəsmisi təmir olunan yolların hərəkət hissəsinə düşən kommunikasiya xətlərinin də köçürüləcəyini bildirib.

Qəsəbədəki inzibati və yaşayış binalarının yanğından effektiv mühafizəsi, baş verə biləcək fövqəladə hallar zamanı vaxtında və çevik müdaxilənin təmin edilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti Yanğınsöndürmə Hissəsi üçün yeni bina inşa olunur.

“Binaya üç ədəd yanğınsöndürmə avtomobili də ayrılacaq. Həmçinin, binada 18 metr hündürlüyündə müşahidə qülləsinin inşası da nəzərdə tutulub”.

Bununla yanaşı, qəsəbənin elektrik enerjisi ilə fasiləsiz təmin edilməsi məqsədilə, mövcud işıq xətlərinin yenilənməsi məqsədilə yeni işıq dirəkləri quraşdırılır. Qəsəbə sakinləri görülən işləri birmənalı olaraq dəstəklədiklərini bəyan edirlər.

 

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Brent neftin qiyməti 38 dollara yaxınlaşır

Next Post

Prezidentin MTN-i bitirən fərmanı – səbəb nədir…

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Prezidentin MTN-i bitirən fərmanı - səbəb nədir...

Coğrafiyanın vəd etdiyi dividentlər...

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.