"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Nardaranda uşaqlar belə məhv edilir

27 Noyabr 2015 - 19:24
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 

Boz Nardaranın qara paltarlı qadınları

Mən Nardaranı əvvəlcə həbs edilən, sonra ürəyindən bıçaqlanan Rafiq Tağıya görə tanıyıram. Əvvəlcə yazarın məqaləsi Nardarana göndərildi. Kənd camaatı “qərar” çıxarıb dünyanın ən saf adamını ölümə layiq bildilər.

Dünən isə gənc polisin qanı töküldü. Axan qan hamımızındır.

Azərbaycan ictimaiyyəti və mediası “Nardaran hadisələri” ifadəsinə getdikcə alışır. Nardaran kəndinin adı getdikcə qanlı-qadalı, sivilizasiyadan ayrılmış yeri xatırladır. Bəli, məhz sivilizasiyadan uzaq düşmüş yer.


Giriş üçün….

Nardaranda hüquq-mühafizə orqanlarının əməkdaşlarına atəş açılıb, günahsız insanlar ölüb. Kənd camaatı isə, məsələyə o qədər soyuqqanlılıqla yanaşır ki, insan dəhşətə gəlir.

Kəndə girişdə şəxsiyyət vəsiqələrini yoxlamaq üçün tələb edən polislərlə kənd camaatı pis davranır. Nardaranlılar şizofrenik vəziyyət yaşayır. Hazırda onlar nəyin doğru, nəyin yanlış olduğunu sezı bilmirlər. Onların təhlükəsizliyini təmin etmək üçün sənəd tələb edən polislə düşmən kimi davranırlar.

Jurnalist döymək fəxrdir.

Heç kimə sirr deyil ki, ölkədə JEK müdirinə güldən ağır söz deyə bilməyən adam da jurnalisti asanlıqla qapazlatı edə bilir. Odur ki, nardaranlılar da vəziyyətdə geri qalmaq istəməyiblər. Dünən çəkiliş üçün kəndə yollanan ATV , İctimai Televiziyanın, AzVision.az xəbər portalının əməkdaşları kənd camaatı tərəfindən döyülüb.

Çox böyük ümid edirdim ki, kənd camaatı soyuq başla, səhəri gün olduğu üçün döyülən jurnalistlərə görə peşman olarlar. Tam əksinə, onlar əliyalın jurnalistin üstünə daş parçaları ilə çıxmaqlarına haqq qazandırdılar. Bunu isə belə izah edirdilər: “ Onlar məsələni biz istədiyimiz kimi təqdim etmirlər.”

Öldürülən polislər

Kənd camaatı hər sahədə olduğu kimi, informasiya almaq sahəsində də geri qalıb. Adları, familiyaları, şəxsiyyətləri bəlli olduğu halda dünən polis öldürülmədiyini iddia edəcək qədər dünyadan xəbərsizlər var. Təəssüf və göz yaşları ilə qeyd edirəm ki, dünən, noyabrın 26-da Bakı şəhərinin Nardaran qəsəbəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (DİN) tərəfindən keçirilmiş xüsusi əməliyyat nəticəsində təxribatlar, kütləvi iğtişaşlar və terror aktları törətməklə Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsini planlaşdıran və din pərdəsi altında fəaliyyət göstərən silahlı cinayətkar dəstə zərərsizləşdirilib. Xüsusi əməliyyat zamanı iki polis əməkdaşı qəhrəmancasına həlak olub. Onlardan birir polis serjantı Vüqar Əyyub oğlu Nəsibov, digəri isə, polis serjantı İsmayıl Rəsul oğlu Tağıyevdir.

Boz kəndin qara paltarlı qadınları

Nardaranın bomboz, qaramat, yas əhvallı fonunda qara paltarlı qadınlar dolaşır. Kənardan onlar təyziq altında əzilmiş, məhv olmuş varlıqlar kimi görünür. Yaxınlaşıb danışdıranda əmin olursan ki, onların təkcə başları, bədənləri qara parçalarla sarınmayıb, beyinlər də artıq özlərinə məxsus deyil. Bu qadınlar həmısı ayrılıqda partlamağa hazır bombadır. Onlar uzun illər psixoloji olaraq hazırlanıb, beyinlərində çarşab, dind dövlətindən başqa nəsə yoxdur. Bu qadınların ən böyük tələbi isə, gülməli olsa da çarşablı şəxsiyyət vəsiqəsi üçün şəkil çəkdirməkdir.

O qadınların böyütdüyü kamikadzelər

Videoda gördüyünüz yalnız məhv olmuş dörd-beş uşaq deyil, həm də gələcək dörd-beş məhv olmuş ailə deməkdir. Əgər bu uşaqlar körpə yaşda kamikadze, terrorist olmasalar, onlar ailə başçısı olacaqlar, onlardan törəyənlər isə, 20-30 il sonranın Azərbaycanını təşkil edəcəklər. Bu çıxmazın, sonu varmı? Yuyulmuş beyinləri geri qaytarmaq mümkündürmü? İnanclısansa, inanclarını azyaşlıya sırımaq haqqını, onun uşaqlığını əlindən almaq ixtiyarını sənə kim verib? Bu körpələr oyuncaqla yox, “lomlarla” oynayır, mahnılar, uşaq nəğmələri yox, mərsiyyə əzbərləyir. O körpələr dövlətlərinə, polisinə nifrətlə böyüyür. “Biz məktəbə getməyəcəyik, döyüşəcəyik” deyirlər. Kiminlə? Polislə…

Regionlardan gələnlər

Nardaranda kütlə qışqırır, bağırır. Konkret tələb, məqsəd, səbəb yoxdur. İmam Hüseyn meydanına toplaşanlar qadınlara çarşab azadlığı tələb edir. Halbu ki, getdikcə ölkədə vəziyyət elə hal alır ki, başını qara torbaya keçirməyən qadınlar azınlıq halına gəlir. Digər tələb isə, Tale Bağırzadənin həbsdən azad olmasıdır. Tale Bağırzadə konkret məclisdə, konkret məqsədlərini açıqlayan zaman həbs edilib. Meydanda növbəli şəkildə çıxış edənlər dəfələrlə dövlətçiliyə iddialı olmadıqlarını desələr də, din dövlətinin tərəfdarı olduqlarını gizlətmirlər.

Daş, dəmir parçaları ilə dolu meydan

İmam Hüseyn meydanı hər tərəfdən daş və dəmir parçaları ilə əhatə olunub. İri gövdəli 4 ağac kəsilib, dəyənək düzəldilib. Azyaşlılar daşla dolu torbalarla, dəyənəklərlə silahlandırılıb. Qaz borularını dəmir parçaları ilə döyəcləyirlər.
Onları özlərindən başqa heç kim eşitmir. Çünki, predmeti olmayan bütün iddialar əsassızdır.

Bütün iddialarınızı, mollalardan aldığınız pulları, silahları unudun. Övladlarınız, övladlarımız Nardaranda məhv edilir. Onları siz bu vəziyyətə salmısınız. Kənara çəkilin. Dövlət öz balalarına sahib çıxsın. Eşidirsiniz molla çürükləri, bu torpağın övladlarından əl çəkin.

Günay Arda
Monaj- Şahverdi Şirinli

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Nardaranda gizli toplantı: Xüsusi əməliyyatdan 1 saat əvvəl… – Fotolar

Next Post

AŞPA-da Azərbaycandakı seçkilərlə bağlı önəmli qərar

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

AŞPA-da Azərbaycandakı seçkilərlə bağlı önəmli qərar

“Beynəlxalq Bank” - ın 318 milyonu hara xərclənib? - Yeni faktlar

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.