Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin bildirib ki, Polşa Qərbi Ukraynaya iddialarını saxlayır. Elchi.az bu barədə TASS-a istinadən xəbər verir.
Bundan əvvəl dövlət başçısı xəbərdarlıq edib ki, Polşa Qərbi Ukraynanı qaytarmaq niyyətindədir və tədricən buna doğru irəliləyir.
Ukraynanın keçmiş baş naziri Nikolay Azarov da Polşanın Qərbi Ukrayna ərazisinin bir hissəsini özü üçün almaq istəməsindən danışıb. Onun sözlərinə görə, Varşava Kiyevi mümkün qədər zəiflətmək məqsədi daşıyır. O, Polşanın Birlik sərhədləri daxilində əraziləri geri qaytarmaq istədiyini müdafiə edib.
Havar Şəfiyeva





