Elchi.az TASS-a istinadən xəbər verir ki, Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin bildirib ki, “silahlı üsyan təşkil etmək cəhdi ən dəhşətli cinayətdir, buna keçmişin heç bir məziyyəti ilə haqq qazandırmaq olmaz”.
Xarici Kəşfiyyat Xidmətinin rəhbəri vurğulayıb ki, indiyə qədər “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinin “cəmiyyəti silkələmək, qardaş qırğını vətəndaş müharibəsi odunu yandırmaq” cəhdinin iflasa uğradığı göz qabağındadır.
Nuranə Məmmədova





