Səhiyyə Nazirliyinin məlumatına görə, 2014-cü ilin rəsmi statistikasına əsasən Azərbaycanda narkomanların ümumi sayı 28656 nəfər təşkil edib. Movqe.az-a bu məlumatı Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin müdir müavini Leyla Yolçiyeva bildirib. L. Yolçiyeva deyib ki, bu barədə məlumat Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinə Səhiyyə Nazirliyindən daxil olub. L. Yolçiyevanın sözlərinə görə, 28656 narkomandan 23042 nəfərini dispanser qeydiyyatında olanlar, 5614 nəfərini isə profilaktik qeydiyyatda olanlar təşkil edir. Ofis səlahiyyətlisinin sözlərinə görə, onlardan 666 nəfəri isə anonim müalicə alanlardır. L. Yolçiyeva narkomanların 554 nəfərini ötən ilin statistikasına görə, qadınların təşkil etdiyini söyləyib: “Toksimanların sayı isə 52 nəfərdir. Narkotiklərə Qarşı Milli Təbliğat Ofisi hər il olduğu kimi bu il də müxtəlif maarifləndirmə təbliğat xarakterli tədbirlər həyata keçirilməsini nəzərdə tutur”.Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi
Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Elchi.az xəbər...



