"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Narodnıy kontrol” yenidən qayıdır?

23 Fevral 2016 - 10:17
in KÖŞƏ YAZILARI

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

“Narodnıy kontrol” yenidən qayıdır?
Sovet çağlarında yaşayanların yaxşı yadında olar. O vaxtlar “narodniy kontrol” – “xalq nəzarəti” deyilən strukturlar vardı. Totalitar rejim ömrünü uzatmaq, özünün effektivliyini artırmaq üçün müxtəlif strukturlar yaradırdı–  biri də “xalq nəzarəti” qurumları idi…
 
Bu günlərdə məlum oldu ki, Azərbaycanda da buna bənzər strukturlar – “ictimai nəzarət şura”ları yaratmaq istəyirlər. Hətta müvafiq qanun layihəsi də hazırdır və onun parlament komissiyasında ilkin müzakirəsi də keçirilib.
Doğrusu, yüksək səviyyədə ictimai nəzarətə ehtiyac olduğu deyiləndə, bundan  sevincək olduq. Düşündük ki, hakimiyyətin elektron və yazılı mediaya münasibəti dəyişəcək, parlamentə və məhkəmələrə daha geniş səlahiyyətlər veriləcək, partiyalar “siyasi əsarət”dən qurtulacaq…
Amma olmadı. Hətta məlum oldu ki, hakimiyyət yenə tamamilə fərqli düşünür və vəziyyətdən “çıxış yolu”nu daha bir idarə yaratmaqda görür…
Eynilə sovet idarəçilik üslubudur. O vaxt da hansısa məsələdən söz düşəndə dərhal bu xüsusda idarə yaradırdılar. Nəticəsi nə olurdu? Büdcənin yükü bir az da artır, rüşvətxorluq və bürokratiya baş alıb gedirdi…
Təsəvvür edin, ictimai nəzarət üçün azad media bunları qane etmir, müstəqil məhkəmələr bunları təmin etmir…
QHT-lərə inanmır və onları bir az da sıxışdırırlar. Azad və ədalətli seçkilər əsasında parlament yaratmaq bunlara sərf etmir. Nə istəyirlər? Çalışırlar ki, öz əllərinin altında daha bir qurum olsun…
Qəbul etmirlər ki, heç bir hökumət, hətta ən ideal hökumət belə özü-özünə nəzarət edə bilməz…
Bu yaxınlarda ABŞ ədliyyə işçisilə müsahibəni dinləyirdim. Dedi ki, korrupsiya ilə mübarizədə ən vacib elementlərdən biri azad və fəal mediadır.
Bunu eşidəndə məni gülmək tutdu. Ona görə ki, bizim ölkəmizdə jurnalistlərə hər şey verməyə hazırdırlar. Ev istəyirsən? Verərlər! Fəxri ad istəyirsən? Onu da verərlər!..
Nəyi verməzlər? Bircə azadlığı verməzlər! Bütün güclərilə çalışırlar ki, media iqtisadi və siyasi cəhətdən azad olmasın, xəbər nəzarət altında olsun…
Ölkədə çox neqativ işlərin üstü açılır. Halbuki media çox çətinliklə olsa da, bu məsələlərdən bir neçə il bundan əvvəl yazırdı…
Fikir verən vardımı? Oxuyurdular, fəqət,  məmurlarla bağlı qərar qəbul etmək əvəzinə, medianı və jurnalistləri sıxışdırırdılar!..
İndi də deyirlər ki, xəbəri bizim məqbul saydığımız çərçivədə verin. Yazmayın ki, haralardasa etiraz olub, yazın ki, bu, etiraz deyildi, cəmiyyətin hökumətə dəstək aksiyası idi!..
İşdən çıxarılan, işi araşdırılan məmurlar haqda belə əməlli-başlı yazmağa qoymurlar. Sonra da deyirlər ki, ictimai nəzarət lazımdır! Gəlin görək, telekanallarımızın neçəsi müstəqildir? Heç həqiqətən müstəqil olanı varmı?.. Yazılı media nə gündədir?
Məhkəmələr, parlament bir ayrı məsələ…
Əlinizi parlamentin üzərindən götürün, azad seçkilərin keçirilməsinə imkan verin, qoy, siyasi partiyalar orada təmsil olunsun. Məhkəmələri siyasi qərarlar qəbul etməyə təhrik etməyin. Onda əsl ictimai nəzarət institutu formalaşar…
Ona görə də çox pessimistik. Bu ölkədə çox şeyin fəlsəfəsi dəyişdirilib, eybəcər bir hala gətirilib. Məsələn, mən həmişə düşünmüşəm ki, QHT – lərin müstəqil olmasının, əsl ictimai nəzarəti həyata keçirə bilməsinin bir yolu var – onlar maliyyə baxımından hökumətdən asılı olmamalıdır…
QHT – lərə dövlət dəstəyi göstərmək qərara alındı. Olsun. Amma inanmıram ki, hökumətdən qrant alan QHT həqiqətən də onun işini təftiş edə biləcək. QHT – lərin beynəlxalq donorları məhdudlaşdırıldı. İndi də durub işsizlikdən danışırlar. Amma nə qədər insan QHT sektorunda çalışırdı?!.
Eyni sözləri mətbuat haqqında da, partiyalar haqqında da demək mümkündür – onlar da yalnız formal olaraq qalıb…
Şərt deyil ki, minlərlə qəzet qeydiyyatdan keçsin. Beş-üç güclü qəzet də kifayət qədər iş görə bilər, bircə şərtlə ki, təzyiq və təpki altında olmasınlar. Şərt deyil ki, onlarla partiya qeydiyyatdan keçsin. Elə güc sahibi olan beş-üç partiya da yetərlidir…
Bu səbəbdən də “narodniy kontrol”lara ehtiyac yox! Siz o “narod” deyilən topluma sərbəstlik verin, qoy, onlar azad mətbuatda, azad seçkilərdə özlərinin iradələrini ifadə edə bilsinlər. Onda elə ictimai nəzarət yaranacaq ki, məmurlar hətta nəfəslərini belə rahat çəkməyəcəklər…
Bunu isə istəmirsiniz! Ona görə ki, belə nəzarət sizə sərf etmir…
Yazar :
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“WikiLeaks”-dən ABŞ-a dair şok ifşa

Next Post

Türkiyədən ABŞ-a“açaram sandığı…” mesajı

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

17 Fevral 2023 - 11:21

Məhəmmed Əli Cinnah (1876-1948) Pakistanı dövlət olaraq yaradan qurucu liderdi. Müsəlman liqasının banisi də odur. Adı Queyd-i-Əzam ("Ulu Öndər") və...

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

15 Dekabr 2022 - 13:13

Ərəb, xüsusən Məğrib mediası futbol üzrə dünya çempionatına, yarımfinaldakı Fransa-Mərakeş qarşılaşmasına o qədər siyasi məna yükləyirdi ki. Və yalnız onlar...

Next Post

Türkiyədən ABŞ-a“açaram sandığı…” mesajı

Qasırğadan 29 nəfər ölüb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.