NASA:
ABŞ-ın Milli Aerokosmik Agentliyinin (NASA) gördüyü son işlər Qərbi Antarktikadakı “Larsen B” aysberqinin qalan son hissənin 2020-ci ilə qədər yox olacağını göstərir.
Avropa.info xəbər verir ki, agentliyin apardığı araşdırmalar bir vaxtların ən möhkəm aysberqinin də 10 il ərzində tamamilə yox olacağını göstərir.
Aysberqin əriyərək yox olması dəniz səviyyəsində meydana gələcək sürətli yüksəlmə ilə birlikdə digər buzlaqların da su altında qalması deməkdir.
Avropa Kosmik Agentliyinin 2002 (solda) və 2012-ci illər ərzində qeydə aldığı peyk görüntüləri də bu həqiqəti bir daha təsdiqləyir.
NASA-nın təcrübəli qrupu tərəfindən aparılan araşdırmalar da aysberqin ətrafındakı axıntının sürətləndiyini və aysberqin parçalandığını göstərir. Axıntılar nəhəng buz kütləsinin üzərində böyük çatlar meydana gətirmişdir.
“Larsen B” ilk dəfə 2002-ci ildə meydana gələn böyük qopmayla gündəmdə yer alan 10 min yaşı olan bir aysberqdir.



