
Elchi.Az Ölkə.Az-a istinadən xəbər verir ki, qurumun 2020-ci il missiyasında yadplanetli həyat faktlarını araşdıracaq.
Missiyada işirak edəcək alim Ken Farley deyib: “NASA “Mars 2020” adlı layihəsində yeni texnologiya ilə Qırmızı planetdə keçmiş mikrobik həyat formalarını axtaracaq.
2012-ci ildə Marsa enən “Curiosity” kosmik aparatının davamı olaraq istehsal edilən və 2020-ci ilin yay aylarında kosmosa göndəriləcək yeni qurğu, eyni zamanda Mars ərazisində daş və torpaq nümunələri toplayacaq. Bu missiyada toplayacağımız nümunələr kainatda yalnız olub-olmadığımız sualına cavab verə bilər”.
Yeni texnologiya “Curiosity” aparatanın gedə bilmədiyi sahələrə enəcək.



