
Dünyaca məşhur Anonimus hakker qrupu bu dəfə NASA kosmik agentliyinə aid bilgilərin paylaşacağına dair məlumat paylaşıb.
Elchi.az xarici mətbuata istinadən xəbər verir ki, təşkilat NASA-nın başqa sivilizasiyaların mövcudluğunu sübut edən materialları açmağa məcbur olacağını qeyd edib.
Hakkerlər hətta ABŞ-ın Elm, kosmos və texnologiyalar komitəsinin axırıncı iclaslarının birində çıxış edən professor Tomas Zurbuxenin bəyanatına istinad ediblər. O qeyd edib ki, yad planetlilər haqqında məlumatları açmaq vacibdir, çünki bu qaçınılmazdır”.



