“National Geographic Wild” telekanalı növbəti çəkilişini Azərbaycanda edib.
Hirkan qoruğunda baş tutan çəkilişlərdə kanalın fotoqrafı və rejissoru Adrian Streynin də olduğu ekspedisiya qrupu Qafqaz bəbirinin axtarışına çıxıb.
Onlara Babaxan adlı həmyerlimiz bələdçilik edib.
Steyn Hirkan Milli Parkında müxtəlif yerlərdə kameralar quraşdırdıqlarını, çətin də olsa Qafqaz bəbirlərinin görüntülərini əldə edə bildiklərini vurğulayır.




