NATO-nun hərbi komitəsinin rəhbəri Rob Bauer bildirib ki, 2024-cü ildə Şimali Atlantika Alyansı Soyuq Müharibədən bəri öz tarixində ən böyük hərbi təlimlər keçirəcək.
Elchi.az xəbər verir ki, hərbi zabit sentyabrın 16-da Osloda mətbuat konfransında deyib: “2024-cü ildə NATO Soyuq Müharibədən sonrakı ən böyük “Sabit Müdafiəçi” təlimini keçirəcək.
Bauer əlavə edib ki, hərbi manevrlərdə Almaniya, Polşa, Baltikyanı ölkələr və alyansın digər üzvlərindən 40 mindən çox hərbçi iştirak edəcək.
Nuranə Məmmədova




