Münaqişənin Ukrayna sərhədlərindən kənara çıxmasının qarşısını almaqla bağlı bizim məsuliyyətimiz var.
Elchi.az-ın xəbərinə görə, bu barədə NATO Baş katibi Yens Stoltenberq bildirib.
Onun sözlərinə görə, əgər münaqişə Ukrayna sərhədlərindən kənara çıxsa, bu, daha dağıdıcı və dəhşətli olacaq, daha çox itkilər olacaq: “Ona görə də biz mövqeyimizi aydın etdik: biz nə havadan, nə də qurudan Ukraynaya müdaxilə edəcəyik”.
Baş katib bir daha Ukrayna səmasının bağlanması məsələsinə toxunub: “Ukrayna səmasının bağlanması o deməkdir ki, biz qırıcı təyyarələrimizi Ukrayna səmasına göndərək və Rusiya təyyarələrini vuraraq Ukrayna səmasını bağlayaq. Biz vəziyyəti başa düşürük, ancaq həm də inanırıq ki, əgər səmanı bağlamaqla bağlı addım atsaq, bu, Avropa regionunda tam miqyaslı müharibə ilə nəticələnəcək. Daha çox ölkələr bu müharibəyə cəlb olunacaq, daha çox insan tələfatı olacaq. Bütün bunlara görə biz belə ağrılı, çətin bir qərarı alırıq. Ən sərt sanksiyaları tətbiq edirik. Ukrayna ordusuna güclü dəstək veririk, lakin eyni zamanda, bu müharibəyə birbaşa müdaxilə etmirik”.
***
17:10
NATO müttəfiqləri hər zaman Ukraynanı dəstəkləyiblər və çətin zamanda müttəfiqlər bu dəstəyi daha da gücləndiriblər.
Elchi.az-ın xəbərinə görə, bu barədə NATO Baş katibi Yens Stoltenberq bildirib.
Baş katibin sözlərinə görə, Ukrayna səmasının bağlanması məsələsi NATO XİN rəhbərlərinin iclasında müzakirə olunub: “NATO müttəfiqləri razılaşırlar ki, Ukraynanın hava sərhədləri daxilində fəaliyyət göstərən NATO təyyarələri və Ukrayna ərazisində NATO qoşunları olmamalıdır”.






