NATO Çinlə texniki qarşıdurma üçün müdafiə startaplarına bir milyard dollar ayıracaq.
Elchi.az lenta.ru -ya istinadən xəbər verir ki, bu barədə Financial Times (FT) məlumat yayıb.
“Xüsusilə Avropada dərin texnologiyalar üçün vençur kapitalı çatışmazlığı var. Biz bu şirkətlərə sərmayə qoymaq üçün öz tərəfimizdən daha çox kapital təmin etmək istəyirdik ki, onlar çinli investorlara üz tutmasınlar”, – deyə NATO baş katibinin köməkçisi David van Wiel bildirib.
Bildirilir ki, NATO-ya üzv 23 ölkə artıq fonda qoşulub, onlar layihələri maliyyələşdirməyə hazır olduqlarını bildiriblər. Vəsaitin ən böyük alıcısı silahlı qüvvələrə dəstək üçün istifadə olunan proqram təminatının hazırlanması üçün 209 milyon avro toplayan Avropa müdafiə startapı Helsingdir.
Bundan əvvəl Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin NATO siyasətini tənqid edib və buna misal olaraq Rusiya ilə münasibətləri göstərib. O vurğulayıb ki, Çin-Rusiya münasibətləri bloklara qoşulmamaq, qarşıdurma yaratmamaq və üçüncü tərəfləri hədəf almamaq prinsiplərinə əsaslanır.
Nuranə Məmmədova





