"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

NATO dağılmaq təhlükəsi qarşısında

22 Fevral 2016 - 12:42
in XƏBƏR LENTİ
NATO dağılmaq təhlükəsi qarşısında

NATO  Rusiyanın Gürcüstan, Ukraynaya hücum etməsi, Baltik ölkələrini isə təhdid altında saxlaması və nəhayət,  heç kimlə hesablaşmadan  Suriyaya girməsinə görə sərt tənqid olunur. 
Avropa.info xəbər verir ki,  NATO-nun  Türkiyə-Rusiya böhranı zamanı da “dişsiz” siyasət yürütməsi, bu qurumun mövcudluğuna belə şübhələr yaradıb. Qurum  əsas üzvlərindən olan Türkiyəni Suriya məsələsində tək buraxıb və eyni zamanda Ankaranın terrorla mübarizəsinə də dəstək vermir. Artıq dünya mediasında da NATO-nun Rusiya qarşısında “dişsiz” siyasəti tənqid edilir.  Avropa mətbuatı Rusiyanın Suriyada NATO-nu test etdiyini vurğulayır.
NATO  Rusiya qarşısında səssizdir
Gürcüstan və Ukraynada  NATO və Avropa Birliyinin  bayraqlarını qaldıran siyasi kəsim , qarşılarında Rusiyanı gördülər. Nəticə etibarı ilə Gürcüstan Abxaziya və Cənubi Asetiyanı, Ukrayna isə Kırımı itirdi. ABŞ və NATO  Rusiyanın  Gürcüstan ərazilərini 25 ildir işğal altında saxlamasını, Ukraynadan isə Krımı alıb özünə birləşdirməsinə mane ola bilmədi. Burada Azərbaycanın işğal edilmiş Qarabağ torpaqlarını da qeyd etmək yerinə düşər. Ermənistanın məhz Rusiyanın aşkar köməkliyi ilə Azərbaycan torpaqlarını işğal etməsi sirr deyil. Doğrudur, Azərbaycan hakimiyyəti Ukrayna və Gürcüstandakı siyasi qüvvələr kimi NATO və Avropa Birliyi bayraqlarına sarılmadı. Azərbaycan hakimiyyəti  ABŞ-ın, Qərb ölkələrinin, NATO-nun “dişsiz” siyasətini öncədən planlaşdıraraq, balansılı siyasət xəttinə üstünlük verdi. Hərçənd ki, Azərbaycan həm siyasi, həm də iqtisadi gələcəyini daha çox Qərbə inteqrasiya  istiqamətində qurub, amma balans siyasətinin ölkəni Moskvanın təzyiqlərindən xilas olmasına səbəb olduğunu deyə bilərik.
Rusiya Moldova və Baltik ölkələrinə də təzyiqini davam etdirir. Bütün bu imtahanlardan üzüqara çıxan NATO Rusiyanın iştahasını daha da artırdı. Rusiya kimsəni hesaba almadan min kilometrlərlə məsafəni qət edib, Suriyaya girsə də, NATO bütün baş verənləri görməzdən gəlir.
Lüksemburq xarici işlər naziri Con  Asselbornun etdiyi son açıqlama isə NATO-nun gələcəyi haqda müzakirələri yenidən gündəmə gətirib.  Asselborn deyib ki, Türkiyə  Rusiya ilə hərbi gərginliyi gedəcəyi halda, NATO-ya güvənməsin, NATO Türkiyəni dəstəkləməyəcək. Düzdür Lüksemburq  NATO-da elə də ciddi dövlət sayılmır və NATO-da ikinci böyük orduya sahib Türkiyə haqqında belə bir fikir bildirməsi qeyri-ciddi görünür.Bütün bununla yanaşı Asselbornun açıqlaması ciddi reaksiyalara səbəb oldu. Avropa mediası bu açıqlamadan sonra, NATO-nun gələcəyinə şübhə ilə yanaşıldığını ifadə edən yazılar dərc etdi.
Hədəf  NATO-nu parçalamaqdırmı?
İngiltərə müdafiə naziri  Fallon isə ötən həftə  Hələbdə hadisələrin  sürətlə yeni bir  Sarayevo olayının  baş verməsinə doğru getdiyini  bildirərək, Rusiyanı ittiham edib. Fallon Rusiyanın NATO-nun təhlükəsizliyini ciddi bir şəkildə təhdid etdiyini deyib.
İngiltərənin  The Teleqraf” qəzeti isə  Rusiyanın Suriyadakı təcavüzkar siyəsətinin Avropanın, xüsusilə də Türkiyənin üzv olduğu NATO-nun təhlükəsizliyinə  təhdid olduğunu yazıb. Qəzet NATO üzvlərinin Türkiyəyə dəstək çıxmalı olduğunu yazaraq, Rusiyanın NATO-nun əsaslarını sarsıtmaq istədiyini qeyd edib. İngilis qəzeti iddia edib ki, Rusuyanın əsas istəyi NATO içərisində ixtilaf salaraq, parçalanmaya nail olmaqdır.
Rusiyadan iradə testi, NATO iradəsini ortaya qoya biləcəkmi?
Moskvanın Ankaraya təzyiqini artırmasından narahat olan Qərb diplomatları həyəcan siqnalı veriblər. Bu haqda  “Financial Times” qəzeti yazıb. Qəzetə   danışan bir NATO səlahiyyətlisi “bizə elə gəlir ki, Rusiya NATO-nun  üzvlərinin arxasında durma qabiliyyətini sınayır” deyib.
Qəzetin 16 fevral tarixli manşetində Rusiyanın Suriya siyasəti ilə  Qərbi çətin variantlarla qarşı-qarşıya qoyduğu yazılıb. “Putin  müharibəyə  gətirib çıxarmayacaq yollarla dayandırılmalıdır” deyə qəzetin yazısında qeyd olunur. Yazıda Vaşinqtondan Türkiyəyə açıq şəkildə dəstək verməsi tələb olunur.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İran Rusiya ilə birləşir – 3 ölkədə müharibə gözlənilir

Next Post

Azərbaycan yeyinti məhsullarının idxalını azaldıb

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Azərbaycan yeyinti məhsullarının idxalını azaldıb

23 min qutu siqaret gömrükdə tutulub - FOTO

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.