NATO hərbi gəmiləri Egey dənizində miqrant axınının qarşısın almaq üçün fəaliyyətə başlayıb.
Bu sözləri Münhen Təhlükəsizlik Konfransındə NATO-nun Avropa Müttəfiq Qüvvələri komandiri general Filip Bridlav jurnalistlərə açıqlamasında deyib.
Generalın sözlərinə görə, yaxın vaxtlarda gəmilərin sayı artırılacaq: “İlkin mərhələdə 5 gəmi xidmət edir. Lakin gəmilərin sayı artırılacaq. Digər alyans ölkələri də dəstək verməyə hazırdır”.
NATO rəsmisi gəmilərinin əldə edəcəkləri məlumatları Türkiyə və Yunanıstan hərbi orqanlarına ötürəcəyini bildirib.




