"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

NATO gəmiləri ilk dəfə Batumi limanında – Azərbaycanın “Qərb qapısı” nəzarətə götürülür

13 Fevral 2016 - 09:42
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

NATO gəmiləri ilk dəfə Batumi limanında – Azərbaycanın “Qərb qapısı” nəzarətə götürülür

Gürcüstanla birgə təlimlər planlaşdıran Alyans bununla bölgənin strateji əhəmiyyətli kəmər və nəqliyyat dəhlizlərini də zəmanət altına alacağı ilə bağlı Rusiyaya açıq mesaj verdi; Kremlin cavabı nə olacaq?..

Dünən Gürcüstanın müstəqillik tarixində ilk dəfə olaraq 4 NATO gəmisi Batumi limanına (Acarıstan) yan alıb. Bu barədə Acarıstan muxtar hökumətinin başçısı Arçil Xabadze jurnalistlərə açıqlamasında deyib.
 
“Bu, ilk haldır ki, limanımıza belə böyük ekipajlı gəmilər daxil olub. NATO gəmilərinin gəlişi çərçivəsində bir sıra görüşlər, mədəni tədbirlər, birgə təlimlər planlaşdırılır. Bu hadisə bizim NATO ilə dərindən və sıx əməkdaşlıq eləmək istəyimizi təsdiq edir” – bildirib Xabadze. 
Qeyd edək ki, Alyans gəmilərinin gəlişi ilə bağlı təntənəli mərasim düzənlənib. Gəmilər fevralın 15-dək limanda qalacaq. Ekipaj üzvləri şəhərə çıxacaq, onun görməli yerləri ilə tanış olacaqlar. “İmedi” telekanalının məlumatına görə, şənbə günü Batumiyə rəsmi səfərlə kontr-admiral Cocio Latsio gələcək…
***
NATO hərbi gəmilərinin Alyansa üzvlüyün cəmi bir addımlığında olan Gürcüstana gəlişi əlbəttə ki, regiondakı geosiyasi durum baxımından yetərincə ciddi hadisədir. Bu, heç şübhəsiz, Qərbin, ABŞ-ın Gürcüstanın ələlxüsus da Rusiyadan müstəqilliyinə, suverenliyinə və Qərbyönlü inteqrasiyaya verdiyi önəmin təzahürüdür.
Bundan az öncə ABŞ-ın Qara dənizdə möhkəmlənmək üçün hərəkətə keçdiyi haqda məlumat yayılmışdı. Öz növbəsində NATO bu arada Qara dənizdə özünün yeni siyasətini elan edib. ABŞ Dövlət Departamentinin rəsmi saytında bununla bağlı yerləşdirilən materialda Birləşmiş Ştatların Gürcüstanın təhlükəsizliyinə dəstək məsələsi də yer alıb.
Göründüyü kimi, Alyans yeni siyasəti çərçivəsində artıq hərəkə keçib. Bu da təəccüblü deyil. Çünki son zamanlar Rusiya regionda və onun ətrafında hərbi cəhətdən xeyli fəallaşıb, bir neçə gün öncə isə Qara dənizdə və Xəzər hövzəsində geniş miqyaslı hərbi təlimlərə başlayıb. Bu isə Qərbin bölgədəki maraqlarına, Gürcüstanla Azərbaycanın təhlükəsizliyinə, eyni zamanda Gürcüstandan keçməklə Qərbə doğru uzanan strateji əhəmiyyətli kəmərlər və nəqliyyat dəhlizlərinə, o cümlədən yekunlaşmaqda olan Bakı-Tiflis-Qars dəmiryoluna, TANAP-a açıq təhdiddir, güc nümayişidir.
NATO gəmilərinin gəlişini bu mənada gücə qarşı operativ güc nümayişi də saymaq mümkündür. Bundan əlavə, Gürcüstan Azərbaycan üçün yeganə “Qərb qapısı” olduğundan, olayı Azərbaycana da xoşməramlı bir mesaj saymaq olar.
Bu yerdə xatırladaq ki, ötən il ABŞ Senatının qəbul elədiyi sənəddə Gürcüstan, Ukrayna, Moldova ABŞ-ın NATO-dan kənar müttəfiqləri elan olunub, Azərbaycana isə özünün təhlükəsizliyini möhkəmlətmək üçün Amerikadan hərbi kömək istəmək hüququ tanınıb.
***
NATO gəmilərinin Batum limanına gəlişi Alyansın əsas cənub cinahı sayılan qardaş Türkiyənin də maraqlarına tam cavab verir, onun Rusiya qarşısında regiondakı nüfuzu və önəmini artırır. Həm də o səbəbə ki, Ankara neçə vaxtdır Azərbaycan və Gürcüstanla birgə hərbi ittifaqın yaradılmasına çalışır.
Bu xüsusda nüfuzlu “Foreign Affairs” nəşrinin qeydlərinə bir daha diqqət etməyə dəyər. Nəşr az öncə yazmışdı ki, Türkiyə Rusiyanı Qafqazdan çıxarmaq üçün müharibəyə hazırlaşır və Birləşmiş Ştatlardan bundan ötrü zəmanət gözləyir”. Sitat: “Hər şeydən əvvəl bu həmlə boğazlarda və Dağlıq Qarabağ münaqişəsində təşəbbüsü ələ almaq məqsədi daşıyır. Bundan ötrü Qarabağda ölüm-dirim müharibəsi başlaya bilər – hansı ki, artıq belə bir vəziyyət yetişib”.
“Foreign Affairs” ardınca iddia eləmişdi ki, prezident Ərdoğan Türkiyə-Gürcüstan-Azərbaycan hərbi ittifaqını gücləndirəcək: “Bu ittifaq Rusiyanın tamamən Güney Qafqazdan sıxışdırılıb çıxarılmasına, dolayısı ilə NATO-nun bölgəni öz təsir dairəsinə almasına gətirə bilər”. Nəşr Ərdoğanın fevralın 18-nə planlaşdırılan Bakı səfərində bu və digər mühüm məsələlərin müzakirə ediləcəyini də təxmin edib.
***
NATO gəmilərinin son de-marşı şübhəsiz ki, Rusiya tərəfindən, yumşaq desək, narazılıqla qarşılanacaq. Yada salaq ki, ötən il Tiflisdə NATO-nun təlim mərkəzinin açılışına rəsmi Moskva çox qıcıqlı reaksiya vermiş, bunu “Qərbin bölgəni qarışdırmaq yönündə təxribatçı addımı” adlandırmışdı.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

`Qara qızıl`ın qiyməti qalxdı – 33 dollar

Next Post

Rus milliyyətçiləri: Rusiya dövlətçiliyi təhlükə qarşısındadır – Təhlil

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Rus milliyyətçiləri: Rusiya dövlətçiliyi təhlükə qarşısındadır - Təhlil

Analoqu olmayan anlaşma: ABŞ ilə Rusiya atəşi kəsməmək üçün atəşkəs sazişi imzaladı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.