Rusiyanın Ukrayna ilə savaşının səbəbi bəlli oldu
Rusiyanın Ukraynaya hərbi aqressiyası NATO-nun hərəkətini dayandırdı.
Bunu “Şpigel” jurnalına müsahibəsində rusiyalı politoloq Sergey Karaqanov söyləyib. Onun sözlərinə görə, əgər dövlətin sərhədləri yaxınlığında düşmənin ciddi qüvvələri dayanırsa, silah tətbiq etmək mümkündür:
“Biz NATO-nu əvvəlcədən xəbərdar etmişdik ki, Ukrayna sərhədlərinə yaxınlaşmasın. Xoşbəxtlikdən Moskva onun qarşısını ala bildi. Bununla belə, Avropada müharibə təhlükəsi hələ də aşağı düşməyib. Əgər müharibə olsa, biz birinci növbədə NATO-nun Avropadakı raketlərini məhv edəcəyik. Rusiya bir də heç vaxt öz ərazisində savaşmayacaq”.



