Ukraynanı NATO-ya dəvət etməmək qərarı alyansın Vilnüsdəki son sammitinin müsbət nəticəsidir, çünki alyansın daha da Şərqə doğru irəliləməsi Almaniyanın maraqlarına cavab vermir. NATO-nun Rusiya sərhədlərinə qədər genişlənməsinə qarşı Bundestaqın deputatı, “Almaniya üçün Alternativ” partiyasının fraksiyasının keçmiş rəhbəri Aleksandr Qoland çıxış edib. Elchi.az bu barədə Lent.ru-ya istinadən yazır.
“Mən sevindim ki, ABŞ prezidenti Co Bayden və Almaniya kansleri Olaf] Şolz Ukraynanın NATO-ya qəbul edilməməsinə əmin oldular. NATO-nun Rusiya sərhəddinə qədər genişlənməsinə köklü şəkildə qarşıyıq. Ona görə də bu, müsbət nəticədir”, – deyə siyasətçi bildirib.
Bundan əvvəl Macarıstanın baş naziri Viktor Orban Ukraynanın NATO-ya dəvət edilməsinin fəlakətli nəticələrindən danışıb və belə bir qərarın yeni dünya müharibəsinin başlamasına səbəb olacağını bildirib.
Havar Şəfiyeva




