NATO hərbi bloku Rusiya ilə birbaşa hərbi münaqişəyə girərsə, dağılacaq. Elchi.az xəbər verir ki, bu barədə Demokratlar Partiyasından prezidentliyə namizəd Robert Kennedi “GB News”-ə müsahibəsində bildirib.
“Əgər alyans Rusiya ilə hərbi münaqişəyə girərsə, dağılacaq. Bütün NATO ölkələri Rusiya ilə münaqişəyə hazır deyil. Məsələn, Yunanıstan”, – deyə siyasətçi qeyd edib və əlavə edib ki, heç kim Rusiyaya qarşı çıxmaq istəmir.
Daha əvvəl isveçli iqtisadçı və diplomat Anders Aslund Donald Trampın yenidən ABŞ prezidentliyinə seçiləcəyi təqdirdə NATO-nun parçalana biləcəyini irəli sürüb.
Havar Şəfiyeva






