NATO-ya daxil olduqdan sonra Finlandiya böyük hərbi ittifaqda iştirakın çətin olduğunu başa düşüb. Elchi.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yazıb.
Nəşr qeyd edir ki, NATO-ya daxil olmaq bütün maliyyə, hüquqi və strateji maneələrlə mürəkkəb inteqrasiya prosesinin ən asan hissəsi ola bilər. Məqalədə deyilir: “Onilliklər boyu təhlükəsizlik məsələləri ilə təkbaşına məşğul olduqdan sonra Finlər böyük ittifaqda həyatın çətin şəkildə siyasiləşdiyini kəşf ediblər”.
Finlandiya Müdafiə Nazirliyinin müdafiə siyasəti üzrə direktoru Janne Kuusela nəşrə dediyi kimi, “NATO-ya qoşulmaq baha başa gəlir, Ukraynanı dəstəkləmək baha başa gəlir”.
Qeyd edək ki, bundan əvvəl Finlandiya parlamentinin keçmiş üzvü Ano Turtiainen Finlandiyanın NATO-ya qısamüddətli üzvlüyünü proqnozlaşdırıb.
Havar Şəfiyeva





