NATO-ya məxsus “RQ-4B Global Havk” kəşfiyyat pilotsuz təyyarəsi hazırda Rumıniya ərazisi üzərində dövrə vurur. Bundan əvvəl o, Qara dənizin neytral hava məkanında görünüb. Elchi.az xəbər verir ki, bu barədə “Shot” “Telegram” kanalı məlumat yayıb.
“Amerika təyyarəsi bir neçə saat əvvəl NATO-nun Siciliyadakı Siqonella hərbi-hava bazasından atılıb”, – deyə “Telegram” kanalı yazır. Pilotsuz təyyarə hazırda Rumıniyanın Fetesti və Botosani şəhərləri arasında uçur.
Daha əvvəl bildirilib ki, Sevastopolda Ukrayna Silahlı Qüvvələrinin kəşfiyyat pilotsuz təyyarəsi limanda taxıl terminalında monitorinq apararkən vurulub.
Havar Şəfiyeva






