Nüvə silahlarının olmadığı dünya istəyirik, lakin bunun üçün silahlar üzərində balanslaşdırılmış və etibarlı nəzarətə sahib olmalıyıq.
Bu sözləri NATO rəhbəri Yens Stoltenberq deyib.
“Nüvə silahının olmamasını istəyirik, lakin Rusiya, Çin və Şimali Koreya kimi ölkələr nüvə silahına sahibdir. Planetdə nüvə silahlarının olduğu müddətdə NATO bunun qarşısını almağa davam edəcək. Bu kimi məsələlərdə vahid cəbhədən çıxış etməliyik”, – deyə baş katib bildirib.




