NATO müttəfiqləri “Rusiya hücumlarından” müdafiə planı üzrə razılığa gəliblər. Elchi.az xəbər verir ki, bu barədə “Reuters” diplomatik dairələrdəki mənbələrə istinadən məlumat yayıb.
Agentliyin həmsöhbətlərinin fikrincə, əldə olunmuş razılaşmalar soyuq müharibənin başa çatmasından sonra 30 ildən artıq müddətdə ilk dəfə bu cür planları həyata keçirən Şimali Atlantika Alyansının siyasətində böyük dəyişikliyi göstərir. NATO-ya üzv ölkələrin Türkiyənin etirazlarına baxmayaraq, onları həyata keçirməyə başlamağa hazır olduqları qeyd edilir.
Bundan əvvəl Almaniyanın müdafiə naziri Annalena Berbok Rusiyanı Avropa üçün təhlükə adlandırıb. O, həmçinin avropalıları Rusiya təhlükəsinə qarşı xüsusi təhlükəsizlik strategiyası yaratmağa çağırıb.
Havar Şəfiyeva





