NATO-ya üzv ölkələrin xarici işlər nazirləri sabah NATO-nun Brüsseldəki mənzil-qərargahında bir araya gələrək müxtəlif məsələləri, xüsusən də Ukraynanı müzakirə edəcəklər.
Elchi.az xəbər verir ki, Türkiyəni xarici işlər naziri Mövlud Çavuşoğlunun təmsil edəcəyi toplantıdan əvvəl Finlandiyanın Alyansın 31-ci üzvü kimi iştirakı mərasimi keçiriləcək.
Mərasimdə Finlandiya prezidenti Sauli Niinistö də iştirak edəcək və Finlandiya bayrağı NATO-nun mənzil-qərargahına qaldırılacaq.
Nazirlərin iki günlük görüşünün ilk günündə NATO-Ukrayna Komissiyasının iclası keçiriləcək. Ukraynanın xarici işlər naziri Dmitro Kulebanın iştirakı ilə keçiriləcək görüşdə İsveç də iştirak edəcək.
Şayəstə




