Şimali Atlantika Alyansında Ukraynanın döyüş meydanındakı uğursuzluqları fonunda Rusiyanın NATO üzvlərindən birinə mümkün hücumunu dəf etmək üçün ssenarilər hazırlamağa başladılar.
Elchi.az “Bloomberg”ə istinadən xəbər verir ki, bu barədə hərbi blokun yüksək rütbəli nümayəndələri bildiriblər.
Rusiya prezidenti Vladimir Putin daha əvvəl demişdi ki, Rusiyanın NATO-ya mümkün hücumu ilə bağlı iddialar “tamamilə cəfəngiyyatdır”, çünki Moskvanın alyans ölkələrinə heç bir ərazi iddiası yoxdur. Rusiya lideri hərbi bloku şərqə doğru genişlənməmək haqqında sazişi pozmaqda, həmçinin Kiyevi silahla təmin etməklə Ukraynadakı münaqişəyə “sürükləməkdə” ittiham edib.
Nuranə Məmmədova






