NATO Rusiyanın “CFE” Müqaviləsindən çıxmasının Avro-Atlantik təhlükəsizliyi pozduğunu bildirib.
NATO Rusiya Federasiyasının Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilədən çıxması səbəbindən Avro-Atlantik təhlükəsizliyin pozulduğunu elan edib. Elchi.az xəbər verir ki, RİA Novosti bu barədə alyansın bəyanatına istinadən xəbər verir.
“Rusiya qarşılıqlılıq, şəffaflıq, uyğunluq və yoxlama kimi əsas prinsiplər də daxil olmaqla, qaydalara əsaslanan beynəlxalq nizamı pozan silahlara nəzarətə qarşı hörmətsizlik nümayiş etdirməkdə davam edir”, – deyə NATO bildirib.
Alyans şəffaflıq və qarşılıqlılıq prinsiplərini bölüşən ölkələri Avro-Atlantik regionda sabitliyi və proqnozlaşdırıla bilənliyi artırmaq üçün səyləri birləşdirməyə çağırıb.
Havar Şəfiyeva






